Spiker Bişkekdə "Ata-Beyit" və Çingiz Aytmatovun ev-muzeyini ZİYARƏT ETDİ
Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan parlament nümayəndə heyəti oktyabrın 19-da Bişkekdə "Ata-Beyit" Milli Tarixi Memorial Kompleksini və Çingiz Aytmatovun ev-muzeyini ziyarət edib.
Bu barədə Adalet.az-a Milli Məclisdən məlumat verilib.
Qeyd olunub ki, S.Qafarova abidənin önünə əklil qoyub.
Qonaqlara məlumat verilib ki, "Ata-Beyit" Milli Tarixi Memorial Kompleksi 2000-ci ildə Qırğız dövlətinin inkişaf mərhələlərinin tarixi yaddaşının bərpa edilməsi və qorunub saxlanması məqsədilə tikilib istifadəyə verilib. Bu memorial görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun təklifi ilə "Ata-Beyit" – Ataların məzarlığı adlandırılıb. Kompleks üç hissədən – memorial günbəzdən, qəbirüstü plitələrdən və memorial divardan ibarətdir.
Azərbaycan nümayəndə heyəti həmçinin Bişkekdə Çingiz Aytmatovun ev-muzeyində də olub. Burada qonaqlara məlumat verilib ki, muzey 1986-cı ildən yazıçının ömrünün son illərini yaşadığı evdə yerləşir və 2014-cü ildə istifadəyə verilib.
Milli Məclisin sədri burada Çingiz Aytmatovun kiçik oğlu, Çingiz Aytmatov Fondunun prezidenti Eldar Aytmatov ilə görüşüb.
E.Aytmatov qonaqlara bildirib ki, yazıçının hələ sağlığında evdə hökm sürmüş bütün ab-havanı və şəraiti ən xırda detala qədər qoruyub saxlamağa çalışıb. Ev-muzeyində yazıçının şəxsi əşyaları, əlyazmaları və çoxsaylı mükafatları qorunub saxlanılır. İkinci mərtəbədə onun kabineti, yataq otağı və kitabxana yerləşir.
Mədəni-maarif fəaliyyəti ilə məşğul olan Çingiz Aytmatov Beynəlxalq Fondu da burada yerləşir. Fond 2000-ci ildə yazıçının özü tərəfindən təsis edilib, indi onun övladları tərəfindən idarə olunur.
Digər Xəbərlər
19 Oktyabr 2026 17:56
Ceyhun Bayramov Vatanabe Katsuya ilə görüşüb
19 Oktyabr 2026 14:33
Prezident onları təltif etdi - SİYAHI
19 Oktyabr 2026 11:53
Baş nazirin müavini təyin edilən Teymur Musayev kimdir? - Dosye
19 Oktyabr 2026 11:07
“Məncə, bu təbrik, ilk növbədə hər iki ölkədə qardaşlığı...”
19 Oktyabr 2026 11:06
Ermənistan sülh müqaviləsinin imzalanmasını buna görə uzadır – Politoloq
19 Oktyabr 2026 10:27
“Tramp Rusiyaya vədlər verdikdən sonra yenə geri çəkildi”
19 Oktyabr 2026 10:27
“Vanq Yinin Yaxın Şərqdəki vəziyyətlə bağlı iradı İsrail Prezidentinin xoşuna gələ bilməzdi”
19 Oktyabr 2026 09:32


Bakı -°C

