Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
Çində alimlər tərəfindən aparılan yeni elmi tədqiqat ev şəraitində içməli suyu təhlükəli mikroplastiklərdən təmizləməyin son dərəcə asan və effektiv yolunu üzə çıxarıb.
Adalet.az-ın xəbərinə görə, məlum olub ki, kran suyunu sadəcə qaynatmaq və xırda torlu süzgəcdən keçirmək orqanizmə daxil olan plastik hissəciklərinin miqdarını kəskin şəkildə azaldır.
Tədqiqatçıların açıqlamasına görə, mineral tərkibi zəngin olan sərt su qaynadıldıqda tərkibindəki kalsium-karbonat çökməyə başlayır və əhəng təbəqəsi əmələ gətirir. Yaranan bu isti əhəng kütləsi sudakı kiçik plastik hissəciklərini öz qabığına bükərək sıxışdırır. Bundan sonra suyu çay süzgəci kimi sadə bir metal tor vasitəsilə süzdükdə, əhəngə ilişib qalan bütün mikroplastiklər mayedən tamamilə təmizlənir.
Aparılan təcrübələr göstərir ki, bu üsul yumşaq suda mikroplastiklərin dörddə birini kənarlaşdırsa da, əhəng tərkibli sərt suda təmizləmə səmərəliliyi 90 faizə çatır.
Digər Xəbərlər
16 Oktyabr 2026 16:50
Xocalıda 147 sakin tibbi müayinədən keçirilib
15 Oktyabr 2026 13:24
“Hər gün saatlarla telemsafonda oturanların kürək hissəsi donqarlaşır”
14 Oktyabr 2026 07:21
Dırnaqlardakı dəyişikliklər hansı xəstəliklərdən xəbər verir?
14 Oktyabr 2026 07:19
Yedikləriniz əhvalınıza təsir edirmiş
13 Oktyabr 2026 18:22
Yeni doğulmuş körpədə çətin əməliyyat aparıldı - 300 mində bir rast gəlinir
13 Oktyabr 2026 17:35
Azərbaycan Sənaye Sığorta Şirkəti Ümumdünya Görmə Günü münasibətilə maarifləndirici tədbir keçirib
13 Oktyabr 2026 11:11
Dünyada hər 7 nəfərdən birində psixi problem var
12 Oktyabr 2026 20:30


Bakı -°C

