Uşaqlar niyə müntəzəm tibbi müayinədən keçməlidir?
“Mütəşəkkil uşaq müəssisələrində icbari dispanserizasiya uşaqların sağlam inkişafının əsas təminatlarından biridir”.
Adalet.az xəbər verir ki, bunu “Sağlam radio” nun “Sağlam səhər” verilişində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin həkim-gigiyenisti Sevda Talıbova deyib.
Onun sözlərinə görə, uşaqlıq dövründə sağlamlıq vəziyyətinin sistemli izlənilməsi, xəstəliklərin erkən aşkarlanması və profilaktik tədbirlərin həyata keçirilməsi gələcəkdə sağlam nəslin formalaşması üçün mühüm şərtlərdəndir. Bu məqsədlə məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil məktəbləri, internatlar, uşaq evləri və digər təşkilatlanmış uşaq kollektivlərində icbari dispanserizasiya aparılır.
Dispanserizasiya yalnız xəstə uşaqların qeydiyyatını deyil, həmçinin sağlam uşaqların müntəzəm tibbi müşahidəsini, fiziki və psixi inkişafın qiymətləndirilməsini, yoluxucu və qeyri-yoluxucu xəstəliklərin erkən aşkarlanmasını, immunoprofilaktikanın vəziyyətinin yoxlanılmasını və risklərin azaldılmasına yönəlmiş tədbirləri əhatə edir.
Mərkəz bu prosesə sanitariya-epidemioloji nəzarət edir, metodiki dəstək göstərir, profilaktik müayinələrin və peyvənd tədbirlərinin vaxtında icrasına diqqət yetirir, laborator müayinələrin təşkilini və aşkar olunan problemlərlə bağlı tibb müəssisələri ilə əlaqələndirməni təmin edir.
S. Talıbova valideynləri və təhsil müəssisələrini uşaqların icbari dispanserizasiyasında fəal iştirak etməyə çağırıb. Müntəzəm profilaktik müayinələr xəstəliklərin erkən aşkarlanması və gələcək sağlamlıq risklərinin minimuma endirilməsi üçün mühüm əhəmiyyət daşıyır.
Digər Xəbərlər
20 Oktyabr 2026 10:28
Uşaqlar bağçada və məktəbdə infeksiyalardan necə qorunur?
18 Oktyabr 2026 11:27
Evdə panik atak və stressə səbəb ola biləcək beş şey
17 Oktyabr 2026 16:13
Bu qidalar beyin zədələnməsi riskini artıra bilər
17 Oktyabr 2026 09:38
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
16 Oktyabr 2026 16:50
Xocalıda 147 sakin tibbi müayinədən keçirilib
15 Oktyabr 2026 13:24
“Hər gün saatlarla telemsafonda oturanların kürək hissəsi donqarlaşır”
14 Oktyabr 2026 07:21
Dırnaqlardakı dəyişikliklər hansı xəstəliklərdən xəbər verir?
14 Oktyabr 2026 07:19


Bakı -°C

