İƏT çərçivəsində Kibertəhlükəsizlik üzrə Nazirlər Şurası yaradıldı
İslam Əməkdaşlıq Təşkilatı nəzdində Kibertəhlükəsizlik üzrə Nazirlər Şurası yaradılıb. Bununla bağlı qərar İƏT XİN başçıları şurasının Bağdadda keçirilən iclasında qəbul edilib.
Adalet.az xəbər verir ki, yeni qurumun qərargahı Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində yerləşəcək və əsas hədəfi üzv dövlətlərin Kibertəhlükəsizliyini gücləndirmək, milli təhlükəsizliyi və strateji maraqları qorumaq, eləcə də beynəlxalq əməkdaşlığı genişləndirmək olacaq.
Kibertəhlükəsizlik üzrə Nazirlər Şurası İƏT strukturuna daxil olan ayrıca qurum kimi fəaliyyət göstərəcək. Şuranın yaradılması Səudiyyə Ərəbistanının təşəbbüsü əsasında həyata keçirilib.
Qəbul edilmiş qərara əsasən, Kibertəhlükəsizlik üzrə Nazirlər Şurası təşkilata üzv dövlətlər üçün bu sahədə bütün məsələlər üzrə əsas koordinasiya platforması olacaq. Qurumun fəaliyyətinin əsas istiqamətləri milli kibertəhlükəsizlik imkanlarının gücləndirilməsi, həyati əhəmiyyətli maraqların qorunması və dövlətlər arasında birgə fəaliyyətin genişləndirilməsidir.
Şuranın tərkibinə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə kibertəhlükəsizlik sahəsinə cavabdeh olan müvafiq dövlət qurumları daxil olacaq.
Digər Xəbərlər
20 Oktyabr 2026 11:14
"Süni intellektin dövlət idarəçiliyində tətbiqi prioritetlər sırasındadır" - Allahverən İsmayılov
20 Oktyabr 2026 11:13
"Süni intellektlə sistemlərin zəif nöqtələrini müəyyən edə bilərlər" - Aİ-nin təmsilçisi
20 Oktyabr 2026 10:22
Bakıda dövlət qurumlarının İT rəhbərlərinin VIII Zirvə Toplantısı başladı
20 Oktyabr 2026 09:52
Bəzi şəxslər 20 il daha tez pensiyaya çıxa bilər - Kimlərdir?
20 Oktyabr 2026 09:48
Bakıda küləyin sürəti 27 m/s-yə çatır - FAKTİKİ HAVA
20 Oktyabr 2026 09:39
"Azərbaycanda son 7 ildə 51 yarımstansiya tikilib" - Baba Rzayev
20 Oktyabr 2026 00:04
Zəngilanın azad edilməsindən 6 İL ÖTÜR
19 Oktyabr 2026 22:23


Bakı -°C

