adalet.az header logo
  • Bakı -°C
20 Oktyabr 2026 11:39
71
İDMAN
A- A+

Metro gücləndirilmiş qrafikə keçdi

UEFA Çempionlar Liqasında təmsilçimiz “Sabah” FK-nın növbəti oyunu ilə əlaqədar oktyabrın 20-də Bakı metropolitenində xüsusi iş rejimi tətbiq ediləcək.

Adalet.az  xəbər verir ki, azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat gediş-gəlişini təmin etmək məqsədilə metronun “Qırmızı xətti” gücləndirilmiş qrafiklə fəaliyyət göstərəcək.

Bu məqsədlə “Koroğlu” stansiyasına əlavə işçi qüvvəsi cəlb olunacaq, növbətçilik cədvəli hazırlanacaq və sərnişin axınına nəzarət gücləndiriləcək.

Qarşılaşma başa çatdıqdan sonra azarkeşlərin rahat şəkildə mənzilbaşına çatmasını təmin etmək üçün zərurət yaranarsa, ehtiyat qatarlar da xəttə buraxılacaq.

Qeyd edək ki, “Yaşıl” və “Bənövşəyi” xətlər üzrə qatarların hərəkət qrafikində dəyişiklik nəzərdə tutulmayıb.