“Gənclərimizin gələcəyi böyük təhlükə altındadır”
“İdman zallarında steoridlərin gizli şəkildə yayılması məsələsi vacibdir”.
Adalet.az xəbər verir ki, bunu deputat Mircəlil Qasımlı Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında bildirib.
“Bu, payız sessiyası və qarşıdakı bütün sessiyalarda ciddi şəkildə müzakirə olunmalıdır. Çünki gənclərimizin gələcəyi böyük təhlükə altındadır. Bəziləri “yaxşı” nəticə əldə etmək üçün gəncləri sterodilərə təşviq edirlər. Təəssüflər olsun ki, bunun gələcəkdəki nəticələri necə olacaq bəlli deyil”, - deputat qeyd edib.
Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deputatın fikirlərinə münasibət bildirib: “Dopinqlə mübarizə bu gün olduqca aktualdır. Bu sahədə hüquqi müstəvidə ciddi addım atılmalıdır. Biz bununla bağlı müvafiq qurumun mütəxəssisləri ilə onlayn görüş təşkil etmişik. Qısa müddət ərzində bir sıra dəyişikliyi komitəyə təqdim edəcəyik”.
Digər Xəbərlər
26 Oktyabr 2026 18:22
Rövşən Rzayev vətəndaş qəbulu keçirib
26 Oktyabr 2026 17:45
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
26 Oktyabr 2026 17:14
Əli Məmmədov baş katib vəzifəsinə təsdiqləndi
26 Oktyabr 2026 16:26
5 marşrutun hərəkət sxemi dəyişdirildi
26 Oktyabr 2026 13:52
Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
26 Oktyabr 2026 13:34
Oktay Saral vəzifəsindən ayrıldı - RƏSMİ
26 Oktyabr 2026 13:21
PREZİDENTİN XANKƏNDİ, XOCALI VƏ AĞDƏRƏ RAYONLARI ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİ VƏZİFƏSİ BOŞDUR
26 Oktyabr 2026 13:15


Bakı -°C

