Rusiya Ermənistandakı səfirini dəyişir?
Rusiya Federasiyası Ermənistandakı səfirini əvəz etmək üçün yeni namizəd axtarışındadır.
Adalet.az Ermənistan mediasına istinadən xəbər verir ki, fəaliyyətdə olan səfir Sergey Kopırkinin əvəzlənməsi ehtimalı ətrafında müzakirələr yenidən gündəmə gəlib. Diplomatın Ermənistandakı missiyasını yanvar ayınadək yekunlaşdıracağı ehtimal olunur.
Məlumata görə, 2018-ci ilin aprel ayında bu vəzifəyə təyin olunan S.Kopırkin ötən müddət ərzində nə Ermənistan hakimiyyəti, nə də Rusiyaya meylli siyasi xadimlərlə səmərəli tərəfdaşlıq əlaqələri qura bilib.
Qeyd olunur ki, həm Rusiyada, həm də Ermənistanda o, indiyədək bu ölkədə fəaliyyət göstərmiş ən uğursuz rusiyalı diplomatlardan biri kimi qiymətləndirilir.
Məlumata görə, Ermənistanda anti-Rusiya meyillərinin güclənməsində diplomatın da müəyyən dərəcədə məsuliyyət daşıdığı güman edilir. Vurğulanır ki, səfirlərin əvəzlənməsi prosesinə ikitərəfli müstəvidə baxılır: əgər Ermənistan Rusiyadakı səfirini dəyişərsə, Moskva da qarşılıqlılıq prinsipinə əsasən İrəvandakı nümayəndəsini yeniləməli olacaq.
Digər Xəbərlər
22 Sentyabr 2026 14:15
"Aİ sanksiyaları bütün rusiyalı iş adamlarından götürülməlidir" - Peskov
22 Sentyabr 2026 13:40
Türkiyədə liseydə atışma - 1 şagird öldü - YENİLƏNİB
22 Sentyabr 2026 12:32
Dubay Əmirinin qardaşı öldü - 10 günlük matəm elan edildi
22 Sentyabr 2026 11:43
"TRUMP TV" fəaliyyətə başladı
22 Sentyabr 2026 11:38
Ukraynada azərbaycanlı polis rəisinin iş otağı dronla vurulub - VİDEO
22 Sentyabr 2026 11:20
Ərdoğandan BMT ilə bağlı mühüm təklif: Veto hüququ ləğv edilsin
22 Sentyabr 2026 10:40
Kobaxidze və Ərdoğan görüşdü
22 Sentyabr 2026 09:51


Bakı -°C

