adalet.az header logo
  • Bakı -°C
22 Sentyabr 2026 11:38
50
DÜNYA
A- A+

Ukraynada azərbaycanlı polis rəisinin iş otağı dronla vurulub - VİDEO

Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərinin azərbaycanlı polis rəisi, polkovnik-leytenant Rüstəm Vəliyevin iş otağı dron hücumuna məruz qalıb.

Adalet.az  “Report”a istinadən xəbər verir ki, hücum zamanı bir neçə dron idarənin rəisin otağı yerləşən istiqamətini hədəf götürüb.

Otaq və bütün mərtəbə tamamilə sıradan çıxıb.

R. Vəliyev otağı təhlükə hiss edən kimi tərk etdiyinə görə, xəsarət almayıb. İdarədə olan polislərdən də tələfat olmayıb.

Qeyd edək ki, R. Vəliyev 3 ilə yaxındır Pavloqradın polis rəisidir, əslən Azərbaycanın Salyan rayonundandır.