adalet.az header logo
  • Bakı -°C
22 Sentyabr 2026 11:27
33
HADİSƏ
A- A+

Bakı Konqres Mərkəzində yanğın baş verməyib - YENİLƏNİB

Bakı Konqres Mərkəzində heç bir yanğın hadisəsi qeydə alınmayıb.

Adalet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hazırda FHN qüvvələri Bakı Konqres Mərkəzində keçirilən beynəlxalq tədbir ilə əlaqədar əraziyə cəlb olunub.

"Mətbəx sahəsində havalandırma sistemi işə düşüb. Vəziyyət tam nəzarət altındadır və narahatlıq üçün heç bir əsas yoxdur", - məlumatda qeyd olunub.

Qeyd edək ki, sosial mediada Bakı Konqres Mərkəzində tüstülənmə olduğuna dair görüntülər paylaşılıb.

***

11:12

Bu gün səhər saatlarında paytaxtın Nərimanov rayonunda yerləşən Bakı Konqres Mərkəzində tüstülənmə olub.

Adalet.az xəbər verir ki, Baku.ws-in məlumatına görə, mərkəzdən Baku.ws-ə bildirilib ki, heç bir yanğın hadisəsi baş verməyib.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb. Qeyd edilib ki, hazırda FHN qüvvələri Bakı Konqres Mərkəzində keçirilən beynəlxalq tədbir ilə əlaqədar əraziyə cəlb olunub: “Binada heç bir yanğın hadisəsi qeydə alınmayıb. Mətbəx sahəsində havalandırma sistemi işə düşüb. Vəziyyət tam nəzarət altındadır və narahatlıq üçün heç bir əsas yoxdur”.