Prezident dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub.
Adalet.az xəbər verir ki, dövlət başçısı bununla bağlı deyib: “Əfsuslar olsun ki, Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etməyib. Obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını talamaqda da davam etdirirdi”.
Prezident, həmçinin əlavə edib ki, sovet vaxtında müəyyən dərəcədə kəşfiyyat işləri aparılmışdır. Amma o vaxt sovet hökuməti üçün bu bölgə, xüsusilə Azərbaycan bu sahə üzrə prioritet sayılmırdı.
Digər Xəbərlər
22 Sentyabr 2026 14:17
"Yeni proqram regionların inkişafına dair gündəliyimizi əks etdirir" - İlham Əliyev
22 Sentyabr 2026 14:12
"Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür" - Dövlət başçısı
22 Sentyabr 2026 14:06
Prezident müşavirə keçirdi - VİDEO + FOTOLAR - YENİLƏNİB
22 Sentyabr 2026 13:37


Bakı -°C

