Türkiyədə liseydə atışma - 1 şagird öldü - YENİLƏNİB
Manisanın Turqutlu rayonunda lisey qarşısında atışma baş verib.
Adalet.az xəbər verir ki, hadisə nəticəsində bir şagird ölüb, ikisinin vəziyyəti ağır olmaqla on bir şagird yaralanıb. Hücumçu, anası, atası və babası nəzarətə alınıb.
***11:44
Manisanın Turqutlu rayonunda 15 yaşlı H.O adlı bir yeniyetmə lisey qarşısında atəş açaraq şagirdləri yaralayıb.
Adalet.az xəbər verir ki, bu barədə Manisa Valiliyinin hadisə ilə bağlı açıqlama verib:
"22 sentyabr 2026-cı il tarixində, təxminən saat 07:59-da Turqutlu rayonundakı İnci Üzməz Peşə və Texniki Anadolu Liseyinin yaxınlığındakı ərazidə silahlı insident baş verdiyi barədə məlumat daxil olub. Məlumatdan sonra əraziyə çoxsaylı təhlükəsizlik və tibbi qruplar göndərilib. İlkin tapıntılara görə, 8 nəfər zərər çəkib. Yaralılar ən yaxın tibb müəssisəsinə aparılıb. Hadisədən sonra şübhəli təhlükəsizlik qüvvələrimiz tərəfindən tutularaq nəzarətə götürülüb. Hadisə ilə bağlı məhkəmə və inzibati araşdırma başlanıb".
****09:51
Manisanın Turqutlu rayonunda naməlum şəxs lisey qarşısında atəş açıb.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumatdan sonra əraziyə çoxsaylı polis və tibb qrupları göndərilib. Hadisə səhər saat 8:00 radələrində Turqutlu rayonunun Albayrak məhəlləsindəki İnci Üzməz Peşə və Texniki Anadolu Liseyinin qarşısında baş verib. İlkin məlumata görə, şübhəli naməlum səbəbdən məktəbin qarşısında təsadüfi olaraq silah atəş açıb.
Digər Xəbərlər
22 Sentyabr 2026 12:32
Dubay Əmirinin qardaşı öldü - 10 günlük matəm elan edildi
22 Sentyabr 2026 11:43
"TRUMP TV" fəaliyyətə başladı
22 Sentyabr 2026 11:38
Ukraynada azərbaycanlı polis rəisinin iş otağı dronla vurulub - VİDEO
22 Sentyabr 2026 11:20
Ərdoğandan BMT ilə bağlı mühüm təklif: Veto hüququ ləğv edilsin
22 Sentyabr 2026 10:40
Kobaxidze və Ərdoğan görüşdü
22 Sentyabr 2026 09:51
Körfəz ölkələri üçün 10 milyardlıq plan - Yarısını ABŞ verəcək
22 Sentyabr 2026 09:45
BMT Baş Assambleyasının 81-ci sessiyası başlayır - Quterreş üçün son iclas
21 Sentyabr 2026 23:57


Bakı -°C

