Vilayət Eyvazov belaruslu həmkarı ilə görüşdü - FOTOLAR
Belarusun daxili işlər naziri milis general-leytenantı İvan Kubrakovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Nazir İvan Kubrakov və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar. Daha sonra Zəfər parkına gələn qonaqlar Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbəni simvolizə edən Zəfər abidəsi önünə əklil qoyaraq şəhidlərə ehtiramlarını bildiriblər.
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov belaruslu həmkarı və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə V.Eyvazov Belarusla hüquq-mühafizə fəaliyyəti sahəsində əməkdaşlıqdan danışaraq, transmilli mütəşəkkil cinayətkarlığın əsas növləri olan narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlıqla mübarizənin diqqət mərkəzində saxlanıldığını, bu istiqamətlərdə səmərəli nəticələrin birgə səylərlə mümkün olduğunu vurğulayıb.
Tərəfləri maraqlandıran bir sıra məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Belarus Respublikasının daxili işlər naziri milis general-leytenantı İvan Kubrakov səmimi görüşə və göstərilən qonaqpərvərliyə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib.
Sonda nazirlər qarşılıqlı fəaliyyət haqqında protokol imzalayıblar.
Digər Xəbərlər
18 Fevral 2026 13:49
Vardanyanı həbs etməsəydik, Paşinyanı devirmək üçün... – Politoloq
18 Fevral 2026 12:28
TÜRKPA ATƏT Nazirlər Şurasının toplantısında iştirak edə bilər
18 Fevral 2026 11:53
Siyasi etimad və əməkdaşlıq
18 Fevral 2026 11:44
Tramp yenidən Zelenskini Rusiyaya güzəştə getməyə məcbur edir – Politoloq
18 Fevral 2026 11:29
İlham Əliyev qambiyalı həmkarını təbrik etdi
18 Fevral 2026 10:26
“Ruben bundan sonrakı ömrünü Azərbaycan həbsxanasında başa vurmalı olacaq”
17 Fevral 2026 15:28
Deputatlar 10 məsələnin müzakirəsinə toplaşacaqlar
17 Fevral 2026 15:14


Bakı -°C

