“Biz bu ədalətsizliyə məruz qalanda heç kim onu aradan qaldırmadı...”
“Bütün insanlar bir dünyada yaşayır. Dinsizi, imansızı, ateisti, deisti, xristianı, pravoslavı, Allahsızı, imanlısı. Bu dünya təkcə Yer planeti deyil, həm də fəlsəfi baxımdan ontoloji məna daşıyır. Yəni dünya mövcud olan hər şeydir - kainat, həyat, insan və zaman. Biz bu mənalar sistemində yaşayırıq. Dünya yaxşılıq, pislik, ədalət və ədalətsizlik kimi anlayışlarla qarşılaşdığımız bir sistemdir və bu mənalar hər bir insanın dərk etdiyi formada qiymətləndirilir. Hər insanın özünün bir iç dünyası var. Nə baş verirsə, o iç dünyada baş verir və insan özünü ona uyğunlaşdırır. İnsanlar dünyanı da o cür uyğunlaşdırmaq və elə görmək istəyirlər. Vahid qəbul olunmuş bir insan kriteriyası olmadığına görə biz də dünyada yaxşılıq və pisliyin qarşı-qarşıya durduğu sistemdə yaşamağa məcburuq”.
Bunu Adalet.az-a açıqlamasında “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.
O, bildirib ki, vahid sistem qurmaq üçün bütün insanların müdrik olması lazım gəlir, bu isə qəti şəkildə mümkün deyil:
“Dini baxımdan dünya müvəqqəti imtahan yeri kimi qiymətləndirilir, amma bu imtahandan çoxu kəsilir. Ona görə də son ədaləti bu dünyada az görürük. Siyasi mənada dünya beynəlxalq sistem deməkdir. Dövlətlər, güc balansı, müharibələr, ittifaqlar, mərkəzlər, maraqlar və s. Məsələn, United Nations dünya nizamını qorumaq üçün yaradılıb. O nizam həqiqətən nizamla qorunurmu? Subyektiv fikrimcə, xeyr. Səbəb isə budur ki, bu dünya gücün və maraqların toqquşduğu bir sistemdir. Müasir texnologiyalar artıq elə həddə çatıb ki, insan faktoru, insan dəyəri və insanın təsir imkanları tədricən minimuma enir və bu, qaçılmazdır. Çünki insanlar paralel olaraq o inkişaf tempindən geridə qalır. Burada mənəvi boşluqdan söhbət gedir və bu da nizamın pozulmasına gətirib çıxarır. Fyodor Dostoyevsky deyir ki, insanlar Tanrını deyil, onun yaratdığı dünyanı, yəni ədalətsizliyi qəbul etmir”.
R.Hüseynov deyib ki, biz bu ədalətsizliyə zaman-zaman məruz qalmışıq və heç kimsə onu aradan qaldırmadı:
“Hətta ədalət dəyərlərindən bəhs edən dövlətlər belə, dövlət olaraq üzləşdiyimiz çoxşaxəli və genişmiqyaslı ədalətsizliyə müdaxilə etmədi. Lakin biz özümüzə gəldik, milli kimliyimizi dərk etdik və bunun üçün çox ağrılı bir yol keçdik. O uzun yolda ədalətimizi bərpa etmək üçün müdrikcəsinə siyasi planlarımızı həyata keçiririk. Bunun üçün bütün mənəvi dəyərləri özündə cəmləşdirmək lazım idi. Bunun üçün ağıllı olmaq lazım idi, güclü olmaq lazım idi, qətiyyətli, prinsipial və ədalətli olmaq lazım idi. Dövləti idarə edən şəxsiyyət bütün bu müsbət keyfiyyətləri özündə cəmləşdirərək tarixi bir ədalət yazdı. Həmin tarixi ədalət minilliklər boyu siyasi tarix konsepsiyasında yer alacaq və dünyanın siyasi konspekti kimi istifadə olunacaq. Bu ədalət bizimdir, bu haqq bizimdir.Biz xalq olaraq ümidsizliyə qapıldığımız bir dövrü keçdik. Qəzəbli və hər şeydən imtina etmiş, passiv yolun başlanğıcında idik. Sonradan aktiv mövqe tutduq, diplomatik akademiya yaratdıq və “bu dünyada ədalət tərəfdarı olacağıq” şüarı ilə yeni bir yola başladıq. Nəticədə xalqımızın hüquqlarını və haqlarını bərpa etdik. O yeni yol İlham Əliyevin düşündüyü və həyata keçirdiyi bir zəfər yolu idi. Əslində biz gördük ki, problem dünyanın özündə deyil, dünyada yaşayan insanların davranışındakı qüsurlardadır. Qlobal və beynəlxalq miqyasda mövcud olan bu qüsurları biz öz davranışımızla aradan qaldırdıq. Dəfələrlə cənab Prezident beynəlxalq tribunalardan bu haqsızlığa son qoyulmasını, bu ədalətsizliyin diplomatik mədəniyyət çərçivəsində aradan qaldırılmasını tələb etdi. Lakin bu baş vermədi. Həmin tələblər o zaman zəiflik kimi qəbul olunurdu. Halbuki heç kim anlamırdı ki, bu, vicdanın ən yüksək formada təqdimatı idi. Bəli, biz qlobal ədaləti idarə edə bilmədik. Amma öz ədalətimizi və haqqımızı davranışımızla, vicdanımızla və ləyaqətimizlə idarə edərək bərpa etdik. Dünya nizamını qorumağı öz üzərinə götürən United Nationsın insan hüquqlarının müdafiəsi ilə bağlı rəsmi öhdəlikləri var. Lakin bu öhdəliklərin heç biri yerinə yetirilmədi. Bir veto hüququ ilə ədalətli qərarların qarşısını almaq, əslində, ən böyük ədalətsizlikdir”.
O, bildirib ki, lakin “Dəmir yumruq”, dəmir iradə, dəmir qətiyyət və dəmir müdriklik bizə qarşı olan ədalətsizliyə bir həmlə ilə cavab verdi və ədalət vetosu qoydu:
“Sosial ədalətsizliklər insan qərarlarının nəticəsidir. Təbiətən insan safdır. Uşaq ədalətsizliyi görəndə dərhal “bu düz deyil” reaksiyası verir. Amma cəmiyyətə qoşulduqdan sonra dəyişilə və pozula bilir. Biz cəmiyyətimizi saflaşdırmışıq və arzu edirik ki, pozulanlardan deyil, vicdanlı olanlardan olaq. Vaxtında və yerində hər prosesi düzgün qiymətləndirə və qərar verə bilək. Necə ki, 44 günlük Vətən müharibəsində qərar verdik. İndi Azərbaycanda sağlam ağıl və düzgün düşüncə sahibləri bu düşüncədən çəkinməlidir ki, pozulmuş sistem ailəsinə daxil olmasın. Orada olanları artıq itirdik və hadisələr göstərir ki, onların geri qayıdışı mümkün deyil. Onlar üçün ölkədə hər cür şərait yaradıldı. Dialoq, siyasi həmrəylik, milli həmrəylik istiqamətlərindən istifadə imkanı verildi. Lakin bu imkanlardan imtina edənlər hələ də mövcuddurlar. Axı onlara necə etibar etmək olar.Hazırda dünyada yeni dünya qurmaq istəyənlər artıq heç bir hüquq və ədalət normalarını tanımırlar. Biz isə yeni qazandığımız, bərpa olunan ədalətimiz və vicdanımızla öz dövlətimizi, böyük düşüncə sahibi İlham Əliyevin ətrafında sıx birləşməklə qorumalıyıq. İndi siyasi fanatizm və populizm vaxtı deyil. İndi siyasi sağlamlıqla reallığı analiz etmək vaxtıdır. Hər şey Azərbaycan üçün. Hər şey Vətən üçün”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
03 Mart 2026 15:06
İlham Əliyevdən alternativ enerji mənbələri ilə bağlı açıqlama
03 Mart 2026 15:05
"Azərbaycanın qaz təchizatı İttifaqın enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalacaq"
03 Mart 2026 15:04
"Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır" - Dövlət başçısı
03 Mart 2026 15:03
"Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik" - Prezident
03 Mart 2026 12:46
Vüqar Mustafayev Ankarada Yaşar Gülərlə müzakirələr apardı
03 Mart 2026 12:41
Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı
03 Mart 2026 12:17
Ombudsman Milli Məclisdə illik məruzə ilə çıxış etdi - YENİLƏNİB
03 Mart 2026 12:08


Bakı -°C

