İki nəfər dalaşır, biri o birisini yerə yıxıb döyür. Adamlar tökülüb aralaşdırır. Döyülən ağzının-burnunun qanını silə-silə deyir:
- Sənə altdan iki elə yumruq vurmuşam ki, ağrısını bir həftədən sonra hiss edəcəksən.
İndi ABŞ-İsrail-İran müharibəsi də ona oxşayır.
İslamabaddakı danışıqlar bir nəticə vermədi, hər kəs öz sözünün üstündə durdu.
İran nümayəndələrinin rəhbərləri ABŞ-ın vitse-prezidentini yola salanda dedi:
- Gedin, gedin, sizə iki dənə elə yumruq qoymuşam ki, istisini bir həftədən sonra biləcəksiniz.
Və ya başqa cür yanaşın. Yenə iki nəfər dalaşır. Biri o birisini altına yıxıb döyür, döyə-döyə də ağlayır. Kənardan baxanlar deyir:
- Həm döyürsən, həm də ağlayırsan, niyə?
- Bilmirsiz ey, bu ayağa durandan sonra məni öldürəcək.
İndi deyəsən, Amerika da İranın ayağa durmasından qorxur və vaxt qazanmaq istəyir.


Bakı -°C
