Nazirlikdən hava şəraiti ilə bağlı vətəndaşlara müraciət
Əvvəlcədən xəbərdarlıq edildiyi kimi, hazırda ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur, o cümlədən ayrı-ayrı yerlərdə intensiv yağış yağır, arabir güclənən külək əsir və şimşək çaxır. Belə hava şəraitinin sabahadək davam edəcəyi proqnozlaşdırılır.
Adalet.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarını təkrar xatırladır.
Belə ki, intensiv yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından, habelə subasmadan qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək lazımdır.
Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Eləcə də kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün ildırım çaxarkən elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilib.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!
Digər Xəbərlər
19 Noyabr 2026 22:26
Prezidentin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
19 Noyabr 2026 13:00
AZAL Naxçıvan əhalisinə niyə zülm edir? - Elxan Şükürlü yazır
19 Noyabr 2026 11:56
Hikmət Hacıyev: Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik
19 Noyabr 2026 11:35
“Dünya misli görünməmiş kiberdəyişikliklərin başlanğıcındadır” - DTX-nin rəis müavini
19 Noyabr 2026 11:27
"Süni intellekt informasiya müharibələrinin xarakterini dəyişib" - Dövlət Xidmətinin rəisi
19 Noyabr 2026 11:03
İlqar Musayev: Süni intellekt informasiya müharibələrinin xarakterini dəyişir
19 Noyabr 2026 10:59
“Zəfərdən sonra Ağdamın iqtisadiyyatı 8 dəfə böyüyüb”
19 Noyabr 2026 10:07


Bakı -°C

