"422 Azərbaycan vətəndaşı mina qurbanı olub" - XİN
“Azərbaycanda minalar hələ də insan həyatını itirməyə səbəb olur. Aprelin 14-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində tank əleyhinə minaya düşərək həlak olub”.
Adalet.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
Qeyd edilib ki, bu faciə minaların yaratdığı davamlı humanitar təhlükəni və azad edilmiş əraziləri təhlükəsiz etmək üçün çalışan insanların hər gün üzləşdiyi riskləri bir daha göstərir.
“2020-ci il müharibəsindən sonra indiyədək 422 Azərbaycan vətəndaşı mina qurbanı olub. Minatəmizləmə işlərinin genişləndirilməsi üçün beynəlxalq dəstəyin artırılmasına təcili ehtiyac var”, - məlumatda vurğulanıb.
Digər Xəbərlər
14 Aprel 2026 18:17
Ceyhun Bayramov Mixail Qaluzinlə müzakirə apardı
14 Aprel 2026 17:28
Əli Əsədov büdcə ilə bağlı tapşırıqlar verdi
14 Aprel 2026 17:25
Sahibə Qafarova Türkiyəyə səfər edib
14 Aprel 2026 16:17
Cevdet Yılmaz Azərbaycanın Ankaradakı səfiri ilə görüşdü
14 Aprel 2026 14:55
"Azərbaycanda qadınlara hörmət mədəniyyətin və ənənələrin ayrılmaz hissəsidir" - Leyla Əliyeva
14 Aprel 2026 14:16
Milli Məclisin Aparat rəhbərinin yeni müavini kimdir? - DOSYE
14 Aprel 2026 13:39
Prezident yeni səfirləri qəbul etdi - FOTOLAR + YENİLƏNİB
14 Aprel 2026 11:12


Bakı -°C

