"Azərbaycanda qadınlara hörmət mədəniyyətin və ənənələrin ayrılmaz hissəsidir" - Leyla Əliyeva
Bu gün qadınların fəal iştirakı cəmiyyətin inkişafında mühüm rol oynayır. Onlar uğurlu sahibkarlar, elm adamları, rəssamlar və liderlərdir.
Adalet.az-ın məlumatına görə, bunu Leyla Əliyeva aprelin 14-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransın açılış mərasimində çıxış edərkən deyib.
Azərbaycanda qadınların rolunun daim yüksək qiymətləndirildiyini, onlara hörmətin mədəniyyətin və ənənələrin həmişə bir hissəsi olduğunu söyləyən L.Əliyeva deyib:
"Bu gün bütün Azərbaycan üzrə qadınlar biznes qurur, ictimai təşəbbüslərə rəhbərlik edir və real təsir yaradırlar. Təkcə keçən il qadınlar Azərbaycanda məşğul əhalinin təxminən 50 faizini təşkil edirdi ki, bu da onların iqtisadiyyatımızda fəal və vacib rol oynadıqlarını göstərir".
O qeyd edib ki, bu gün Azərbaycanın AQEM-ya sədrliyinin davamlı inkişaf və qərar qəbuletmədə qadınların səslərini fəal şəkildə dəstəklədiyini görmək çox xoşdur.
"AQEM Qadınlar Şurasının yaradılması vacib bir təşəbbüsdür", - deyən Leyla Əliyeva konstruktiv ideyaları əməllərə çevirməkdə bu platformaya uğurlar arzulayıb.
Digər Xəbərlər
14 Aprel 2026 18:17
Ceyhun Bayramov Mixail Qaluzinlə müzakirə apardı
14 Aprel 2026 17:28
Əli Əsədov büdcə ilə bağlı tapşırıqlar verdi
14 Aprel 2026 17:25
Sahibə Qafarova Türkiyəyə səfər edib
14 Aprel 2026 16:17
Cevdet Yılmaz Azərbaycanın Ankaradakı səfiri ilə görüşdü
14 Aprel 2026 14:16
Milli Məclisin Aparat rəhbərinin yeni müavini kimdir? - DOSYE
14 Aprel 2026 13:55
"422 Azərbaycan vətəndaşı mina qurbanı olub" - XİN
14 Aprel 2026 13:39
Prezident yeni səfirləri qəbul etdi - FOTOLAR + YENİLƏNİB
14 Aprel 2026 11:12


Bakı -°C

