Nizami rayonunda hüquqi yardım aksiyası keçirilib - FOTOLAR
Azərbaycan Respublikasının Milli Məclisinin Sədri xanım Sahibə Qafarovanın təşəbbüsü əsasında, Azərbaycan Respublikası Milli Məclisi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası arasında əməkdaşlıq çərçivəsində 16 yanvar 2026-cı il tarixində Bakı şəhəri Nizami rayonunda hüquqi yardıma ehtiyacı olan həssas qrup vətəndaşlarımıza, şəhid ailələrinə, qazilərə, yetkinlik yaşına çatmayanlara, aztəminatlı ailələrə ödənişsiz hüquqi yardım xidmətləri göstərilmişdir.
Aksiyada 24 saylı Nizami birinci seçki dairəsindən deputat seçilmiş Könül Nurullayeva, Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, Yeni Azərbaycan Partiyasının Nizami rayon Təşkilatının sədri Ramil Vəlibəyov çıxış edərək bildirdilər ki, tədbirin keçirilməsində məqsəd şəhid ailələrinə, qazilərə, yetkinlik yaşına çatmayanlara, aztəminatlı ailələrə ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsidir. Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 28.12.2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik ili” elan olunmuş və bu aksiya həmin tədbirlərin davamı olaraq Nizami rayonunda keçirilir. Diqqətə çatdırılıb ki, dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüququi islahatlar insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunmasına şərait yaradır.
Nizami rayon ağsaqqalları adından Edilman Məmmədov, Vətən müharibəsi Qəhrəmanı, şəhid Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyeva çıxış edərək, bu aksiyasının nəcib bir təşəbbüs olduğunu və cəmiyyətin ən həssas təbəqələrinə dayaq olmaq, onların səsini eşitmək baxımından çox əhəmiyətli olduğunu vurğulamışlar.
Aksiyada ümumilikdə 42 nəfər iştirak etmiş, onlardan 36 nəfərinə hüquqi yardım göstərilmişdir.
Digər Xəbərlər
03 Aprel 2026 12:05
"Vətən müharibəsindən sonra 421 mülki şəxs minadan zərər çəkib" - Hikmət Hacıyev
03 Aprel 2026 10:30
“Bu sözlər Paşinyana xəbərdarlıq mahiyyəti daşıyır...” – Politoloq
02 Aprel 2026 21:00
Pezeşkian İlham Əliyevə zəng etdi
02 Aprel 2026 17:43
BMT-də Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edildi
02 Aprel 2026 14:44
“Aprel döyüşləri böyük zəfəri daha da yaxınlaşdırdı...” – Hərbi ekspert
02 Aprel 2026 14:32
Cevdet Yılmaz: Yaxın zamanda daha çox inkişaf etmiş Qarabağı görəcəyik
02 Aprel 2026 14:14
Paşinyan Putinin hər təklifinə faktiki mənfi cavab verdi – Politoloq
02 Aprel 2026 14:08


Bakı -°C

