Ceyhun Bayramov: “Azərbaycan-Türkiyə-Qazaxıstan “Orta dəhliz”in inkişaf etdirilməsində maraqlıdır”
“Azərbaycan-Türkiyə-Qazaxıstan “Orta dəhliz”in inkişaf etdirilməsində maraqlıdır”.
“Report” xəbər verir ki, bu sözləri Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli toplantısından sonra keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, bu toplantının keçirilməsi olduqca əhəmiyyətlidir:
“Ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda çox faydalı əməkdaşlıq mövcuddur. Mehriban qonşuluq, strateji tərəfdaşlıq, qardaşlıq münasibətləri mövcuddur.
İlk dəfə olaraq belə üçtərəfli formatda görüş keçirilir və bu görüşdə daha çox xüsusi olaraq regional məsələlərlə bağlı faydalı fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı nəqliyyat və bağlantılarla bağlı fikir mübadiləsinin aparılmasını vacib hesab edirik. Müzakirələr zamanı Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutun (Orta Dəhliz) inkişaf etdirilməsinə, bu istiqamətdə mövcud olan yük daşımalarına diqqət yetirdik”.
Digər Xəbərlər
01 Yanvar 2026 17:28
Azərbaycan İsveçrəyə başsağlığı verdi
01 Yanvar 2026 16:16
"“Böyük Qayıdış” Proqramını uğurla icra edirik" - İlham Əliyev
01 Yanvar 2026 13:45
“Rusiya Ukraynanın şəhərlərinə daha çox zərər vurmağa çalışacaq”
01 Yanvar 2026 12:52
Prezident xalqa müraciətindən paylaşım etdi - VİDEO
01 Yanvar 2026 08:47
""Kim güclüdür, o da haqlıdır" prinsipini əsas prinsip kimi qəbul ediblər" - Prezident
31 Dekabr 2025 23:59
Prezident İlham Əliyev xalqa müraciət etdi - VİDEO + YENİLƏNİB
31 Dekabr 2025 15:40
İlham Əliyev bu il ərzində 309 tədbirdə iştirak edib
31 Dekabr 2025 13:45


Bakı -°C

