Ceyhun Bayramov həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini və xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı aparılıb.
Xarici İşlər Nazirliyindən Adalet.az-a verilən xəbərə görə, söhbət zamanı Yaxın Şərqdə son günlər müşahidə olunan hərbi toqquşmalar və təhlükəsizlik mühitindəki gərginlik əsas müzakirə mövzusu olub.
Tərəflər yaranmış vəziyyət ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər. Mövcud hərbi eskalasiyanın regional sabitlik üçün yaratdığı risklər xüsusi qeyd edilərək, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edilməsinin, münaqişənin dialoq və siyasi vasitələrlə həllinin zəruri olduğu vurğulanıb.
Mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin edilməsinin prioritet məsələ olduğu bildirilib. Nazir Ceyhun Bayramov qarşıdurma nəticəsində mülki insanların həlak olması və xəsarət alması ilə bağlı başsağlığı diləklərini çatdırıb.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Digər Xəbərlər
01 Mart 2026 21:00
Kanada vətəndaşlarının Azərbaycan vasitəsilə İrandan təxliyəsi müzakirə edildi
01 Mart 2026 19:25
Bayramov İraqın Baş nazirinin müavini ilə danışdı
01 Mart 2026 17:27
Ceyhun Bayramov Əraqçiyə başsağlığı verdi
01 Mart 2026 17:00


Bakı -°C

