Ceyhun Bayramov misirli həmkarı ilə telefon danışığı aparıb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Misirin xarici işlər, miqrasiya və xaricdə yaşayan misirlilərlə iş naziri Bədr Əbdelati arasında telefon danışığı aparılıb.
Adalet.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan ilə Misir arasında qarşılıqlı etimada əsaslanan dostluq münasibətlərinin, ikitərəfli və çoxtərəfli əlaqələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Beynəlxalq təşkilatlar və çoxtərəfli formatlar çərçivəsində əlaqələndirmə işlərinin təkmilləşdirilməsi, ölkələrin maraqlarına daxil olan istiqamətlərdə birgə səylərin artırılmasının vacibliyi qeyd olunub.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında aparılan müzakirələr, qlobal əhəmiyyətli bu tədbirin iqlim dəyişmələri ilə mübarizə sahəsində rolu və yaşıl enerji sahəsində Azərbaycan-Misir əməkdaşlığı üçün əlavə imkanlar yarada biləcəyi diqqətə çatdırılıb.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
27 Yanvar 2026 10:55
“Rusiya komandanlığının tükədici taktikası Ukraynada heç bir nəticə vermir”
27 Yanvar 2026 09:42
Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
26 Yanvar 2026 19:42
İsrailin xarici işlər naziri Milli Məclisin deputatları ilə görüşüb - FOTO
26 Yanvar 2026 19:15
Gücü olan qaydanı qoyur -Səxavət Məmməd yazır
26 Yanvar 2026 19:05
İsrail və Azərbaycan arasında iqtisadi münasibətlər daha böyük potensiala malikdir - Gideon Saar
26 Yanvar 2026 16:55
Azərbaycan və BƏƏ parlamentləri arasında əməkdaşlıq müzakirə olundu
26 Yanvar 2026 16:42
Prezident bu cərimələri təsdiqlədi
26 Yanvar 2026 16:30


Bakı -°C

