Ceyhun Bayramov Pakistan XİN rəhbəri ilə telefonla DANIŞDI
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar telefon danışığı zamanı regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirlər iki ölkə arasında mövcud olan strateji əməkdaşlıq əlaqələrinin cari vaziyyətini və perspektivlərini, eləcə də regional təhlükəsizlik vəziyyətini müzakirə ediblər.
Həmçinin iki ölkə liderləri arasında yüksək səviyyəli təmaslar, habelə sonuncu yüksək səviyyəli səfərlər zamanı əldə olunmuş razılıqların icrası məsələləri, iqtisadi, ticarət, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat və digər qarşılıqlı maraq doğuran sahələr üzrə tərəfdaşlıq istiqamətləri nəzərdən keçirilib.
Telefon danışığı zamanı Pakistan naziri Pakistanla-Hindistan arasında yaranmış gərginlik barədə məlumat verib. Nazir Ceyhun Bayramov, öz növbəsində, gərginliyin diplomatik yolla və danışıqlar vasitəsilə aradan qaldırılacağına ümidvar olduğunu bildirib.
Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
01 Iyun 2026 13:01
"Yaxşı olardı ki, parlamentli respublika modelinə keçək" - Deputat
01 Iyun 2026 12:12
BMT-nin Baş katibi İlham Əliyevi təbrik edib
01 Iyun 2026 12:05
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - YENİLƏNİB - FOTOLAR
01 Iyun 2026 11:48
Cavanşir Feyziyev: Rusiya Ermənistanın qərbyönlü kursunu seçki yolu ilə dayandırmaq istəyir
01 Iyun 2026 11:13
"Tərəfdaşlarımızla enerji kabelləri ilə bağlı sıx əməkdaşlıq edirik" - Dövlət başçısı
01 Iyun 2026 11:10
“Moskva Ermənistan hakimiyyətinə qarşı bütün təzyiqləri işə salıb”
01 Iyun 2026 10:52
"Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir" - Dövlət başçısı
01 Iyun 2026 10:50


Bakı -°C

