Ceyhun Bayramov qambiyalı həmkarı ilə telefon danışığı apardı
23 fevral tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Serinq Modou Njie arasında telefon danışığı baş tutub.
XİN-dən Adalet.az-a verilən xəbərə görə, telefon danışığı zamanı Azərbaycan ilə Qambiya arasında mövcud ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Ötən ilin sentyabr ayında imzalanmış "Siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu"na uyğun olaraq, iki ölkənin Xarici İşlər Nazirlikləri arasında qısa müddət ərzində siyasi məsləhətləşmələrin keçirilməsinin önəmi vurğulanıb.
Nazirlər siyasi dialoqun intensivləşdirilməsinin, qarşılıqlı səfərlərin və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.
Tərəflər İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkəmizin qarşıdan gələn sədrliyi, eləcə də bu çərçivədə keçiriləcək mötəbər tədbirlərə hazırlıq planları ətrafında fikir mübadiləsi aparıblar. Bununla yanaşı, ölkəmizdə bu il keçiriləcək Ümumdünya Şəhərsalma Forumu barədə qarşı tərəfə məlumat verilib.
Telefon danışığı zamanı regional və beynəlxalq təhlükəsizlik məsələləri, habelə digər qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
23 Fevral 2026 17:52
Cevdet Yılmaz Azərbaycana səfər edəcək
23 Fevral 2026 16:50
"Ermənistan və Azərbaycan qətiyyətli addımlar atıb" - Mirzoyan
23 Fevral 2026 14:20
Azərbaycan növbəti dəfə Ukraynaya humanitar yardım etdi
23 Fevral 2026 13:57
Rusiya Ermənistanda seçkilər günü hərbi müdaxilə edə bilər - Politoloq
23 Fevral 2026 12:59
"Onlayn mərc oyunlarının təşviq olunması ciddi təhlükə yaradır" - Deputat
23 Fevral 2026 11:48
İlham Əliyev onları təbrik etdi
23 Fevral 2026 11:15
İlham Əliyev Fərzanə Sadiqi qəbul etdi - FOTOLAR
23 Fevral 2026 11:11


Bakı -°C

