Ceyhun Bayramov Qətər səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Bu barədə Adalet.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Görüş zamanı nazir Ceyhun Bayramov Azərbaycan-Qətər əməkdaşlığının qarşılıqlı hörmət, dəstək və əməkdaşlığa əsaslandığını diqqətə çatdırıb.
İki ölkə arasında mövcud olan yaxın dostluq və qardaşlıq münasibətlərinin, sıx təmasların siyasi dialoqumuzun əsasını təşkil etdiyi vurğulanıb.
Keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin davam etdiyi son 30 il ərzində Qətərin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyinə verdiyi davamlı dəstəyə görə təşəkkür ifadə olunub.
İqtisadiyyat, infrastruktur, ticarət, turizm, təhsil, mədəniyyət, media və humanitar mübadilə sahələri üzrə Azərbaycan-Qətər əməkdaşlığı və tərəfdaşlığı üçün böyük potensial və perspektivlərin mövcud olduğu bildirilib.
Azərbaycan-Qətər münasibətlərinin inkişafına verdiyi töhfəyə görə səfirə minnətdarlıq bildirilib, ona gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Səfir Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab qəbula və ünvanına deyilən sözlərə görə təşəkkürünü bildirib, Azərbaycandan ən xoş təəssüratlarla ayrıldığını diqqətə çatdırıb, fəaliyyəti dövründə Azərbaycanın dövlət və hökumət qurum və təşkilatlarından aldığı dəstək üçün minnətdarlıq ifadə edib.
Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
07 Aprel 2026 17:25
Baş nazir məmurları topladı - İclas keçirdi - FOTOLAR
07 Aprel 2026 16:43
Azərbaycanda bu qanun dəyişdi
07 Aprel 2026 16:41
İlham Əliyev MDB ilə bağlı sənədi imzaladı
07 Aprel 2026 16:38
Prezident bu hərbçiləri təltif etdi - SİYAHI
07 Aprel 2026 14:43
Prezident Türkiyənin Baş prokurorunu qəbul etdi - FOTOLAR
07 Aprel 2026 12:23
“Münasibətləri möhkəmləndirmək üçün başlıca amil maddi təməllərdir”
07 Aprel 2026 11:37
Deputatlar bu məsələləri müzakirə edəcəklər
07 Aprel 2026 11:32


Bakı -°C

