Ceyhun Bayramov TDT baş katibini qəbul edib

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Omuralıyevi qəbul edib.
Xarici İşlər Nazirliyindən Adalet.az-a verilən xəbərə görə, görüş zamanı, tərəflər ölkəmizin TDT çərçivəsində sədrliyinin prioritetlərini, təşkilatın gündəliyində duran məsələləri və gələcək planları müzakirə ediblər.
Nazir Ceyhun Bayramov təşkilatımız çərçivəsində dostluq, qardaşlıq və bütün sahələrdə əməkdaşlığın gücləndirilməsinin əsas prioritet olduğunu, Azərbaycanın bu potensialın reallaşması istiqamətində Türk Dövlətləri Təşkilatı çərçivəsində atılan addımları, təşəbbüsləri və ideyaları daim dəstəklədiyini, təşkilatın katibliyinin və beynəlxalq təşkilatlarda müşahidəçi statusunun daha da gücləndirilməsinin və genişləndirilməsinin vacib olduğunu vurğulayıb.
Tərəflər ötən il Şuşada keçirilmiş qeyri-rəsmi sammitin, sammit zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinin, habelə bu il Qəbələdə keçirilmiş sammit zamanı qəbul edilmiş qərarların təşkilat çərçivəsində çoxşaxəli əməkdaşlıq üçün əhəmiyyətini qeyd ediblər. Baş katib ölkəmiz tərəfindən təşkil edilmiş tədbirlərin uğurlu təşkilinə görə təbriklərini çatdırıb.
Azərbaycanın Qəbələ sammiti zamanı irəli sürdüyü təşəbbüslərin icra edilməsi istiqamətində addımlar nəzərdən keçirilib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
24 Oktyabr 2025 16:21 Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı
24 Oktyabr 2025 16:11 Astanadan gələn mesajlar strateji tərəfdaşlığın yeni mərhələsidir
24 Oktyabr 2025 16:02 "Eternity - 2025" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib
24 Oktyabr 2025 16:00 Türkiyə parlamentinin sədri TÜRKPA Baş katibini qəbul edib
24 Oktyabr 2025 15:44 "Biz yaxşı müəllimi axtarmaq üçün onun qarşısına problem qoyuruq" - Deputat
24 Oktyabr 2025 14:35 Putin İlham Əliyevə zəng edib - YENİLƏNİB
24 Oktyabr 2025 11:18 Milli Məclisin sədri Simonyanla görüşündən danışdı
23 Oktyabr 2025 13:24 

Bakı -°C 






