14 Avqust 2025 17:41
81
DÜNYA

CHP-dən istefa verən bələdiyyə sədri AK Partiyə keçib - YENİLƏNİB

Türkiyədə Aydın Böyükşəhər Bələdiyyəsinin sədri Özlem Çerçioğlu Ədalət və İnkişaf Partiyasına (AK Parti) keçib.

Adalet.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə o, partiyanın yaradılmasının 24-cü ili ilə bağlı keçirilən tədbirdə deyib.

Onunla birlikdə 9 nəfər partiyanın üzvü olub.

***

14:12

Türkiyədə Aydın Böyükşəhər Bələdiyyəsinin sədri Özlem Çerçioğlu Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verib.

Adalet.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

O, istefasının səbəbini belə açıqlayıb: “Yaşanan anti-demokratik tətbiqlərlə yanaşı dürüstlük, qanunlar çərçivəsində xidmət, ictimai əxlaqdan güzəşt etməmə prinsipləri səbəbindən Cümhuriyyət Xalq Partiyası ilə eyni yolda yürümə imkanım artıq yoxdur”.

Məlumata görə, Özləm Çerçioğlu üç bələdiyyə sədrinin də CHP-dən ayrıldığını bildirib: “Mən və üç bələdiyyə sədrimiz CHP daxilində yaşadığımız problemləri partiyanın səlahiyyətli orqanlarında həll etmək cəhdlərimizə baxmayaraq, təəssüf ki, bir nəticə əldə edə bilmədik”.