CHP liderinə qarşı istintaq başlanıldı
Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl haqqında İstanbul Respublika Baş prokuroru Akın Gürlək haqqında söylədiyi fikirlərə görə istintaq başladılıb.
Adalet.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb.
"CHP sədri Özgür Özəl 26 noyabrda partiyasının qrup toplantısında və bu gün Mərmərə Cəzaçəkmə Müəssisələri Kampusu qarşısında mətbuata açıqlamasında Baş prokuror Akın Gürlek haqqında işlətdiyi ifadələrə görə, İstanbul Respublika Baş Prokurorluğu hərəkətə keçib", - məlumatda qeyd olunub.
Baş Prokurorluq Özəlin Gürlək haqqında söylədiyi ifadələrə görə "dövlət məmurunu vəzifəsinə görə açıq şəkildə təhqir etmək" və "terrorla mübarizədə iştirak etmiş insanları hədəfə almaq" ittihamları ilə istintaq başladıb.
Digər Xəbərlər
26 Oktyabr 2026 13:26
Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası bələdiyyə seçkilərində qalib gəldi
26 Oktyabr 2026 13:16
ZELENSKİ UKRAYNANIN QORBAÇOVUDU
26 Oktyabr 2026 12:32
Pezeşkian Rusiyaya gedir
26 Oktyabr 2026 12:12
Ərəb koalisiyası Husilərin anbarlarını məhv etdi
26 Oktyabr 2026 12:07
Paşinyan: Ölkəyə yeni müxalifət lazımdır
26 Oktyabr 2026 10:55
Macəra turizmi üzrə dünya liderləri Kapadokiyada bir araya gəldi - FOTOLAR
26 Oktyabr 2026 10:53
Netanyahunun İranla bağlı əmrini icra etmək istəməyib - KİV
26 Oktyabr 2026 10:00


Bakı -°C

