adalet.az header logo
  • Bakı -°C
26 Oktyabr 2026 10:53
68
DÜNYA
A- A+

Netanyahunun İranla bağlı əmrini icra etmək istəməyib - KİV

İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamirin ölkənin siyasi rəhbərliyinin İrana qarşı hərbi əməliyyatın keçirilməsi barədə əmrini yerinə yetirməkdən imtina etdiyi iddia olunur. 

Adalet.az xəbər verir ki, bu barədə İsrailin “Channel 12” kanalı yayıb. 

Baş Qərargah rəisi bu addımı sözügedən əməliyyatın İranla birbaşa hərbi əməliyyatların bərpasına gətirib çıxara biləcəyi ilə əsaslandırıb. 

Məlumata görə, Eyal Zamir əlavə məsləhətləşmələr tələb edib, həmçinin Baş nazir Benyamin Netanyahu başda olmaqla siyasi rəhbərliyin sənədi şəxsən imzalamayınca əmri yerinə yetirməkdən imtina edib.

Mənbələrdən biri xəbərdarlıq edib ki, təfərrüatı açıqlanmayan belə bir əməliyyat qiymətləndirilmələrdəki səhv ucbatından dərhal genişmiqyaslı münaqişəyə səbəb ola bilər. Ordu komandanlığı İran probleminin seçkiqabağı piarda istifadə edilməsini istəmədiyini bildirib. 

Qeyd edək ki, son günlərdə xarici mediada ABŞ və İsrail hakimiyyətinin İrana yeni zərbələri müzakirə etdiyi barədə xəbərlər yayılıb. Məlumata görə, Netanyahu əməliyyatın oktyabrın 27-də Knessetə keçiriləcək seçkilərdən əvvəl həyata keçirilməsini israr edir.