adalet.az header logo
  • Bakı -°C
26 Oktyabr 2026 11:05
69
ƏDƏBİYYAT
A- A+

“Ona görə də Oktay Saral kimi müsəlman qardaşlarımız heç vaxt..."

“Müsəlmanlıq (daha doğrusu, ərəbizm) kainatın tanrı tərəfindən yaradıldığına kütləvi şəkildə inanmanın ən son hərəkatıdır. Müsəlmanlar allaha yeni-yeni inanmağa başlayanda bəşərin inkişaf etmiş xalqları artıq allaha inanıb qurtarmışdılar. Müsəlmanın tanrı həşirinin səbəbi də budur”. 

Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib. 

“Özünü bəşərin inanan hissəsinin bir üzvünə çevirmək. Müsəlmanlıqdan sonra növbəti belə bir kütləvi inanma hərəkatı olmadı.

Əksinə, müsəlmanlıqdan sonra bəşərin inkişaf etmiş xalqlarında kainatın tanrı tərəfindən yaradıldığına şübhələr yaranmağa başladı.Və nəhayət, ortaya modern elmlər çıxdı. Müsəlmanlar yenə geridə qaldı. Bu gün islam dünyası teoloji və texnoloji baxımdan xristianlığın on beşinci, on altıncı əsrini yaşayır. Ona görə də Azərbaycanın başına hicab hörmək istədiyi üçün işdən qovdurulan Oktay Saral kimi müsəlman qardaşlarımız heç vaxt belə suallara cavab axtarmırlar: nədən səmavi dinlərdə bütün vəhyləri erkək mələklər gətirib? Nədən cəhənnəmin varlığına inananlar yer üzündə də inkivizisiya tonqalları qalayıblar? Nədən dinlər tanrının varlığının aktuallığından daha çox şeytanın varlığının aktuallığına diqqət göstəriblər? Nədən Oktay Saralın ölkəsində hələ də akademik səviyyədə "qul haqqı" deyilən bir termindən gen-bol istifadə olunur?”, - deyə o, bildirib.

Vasif ƏLİHÜSEYN