adalet.az header logo
  • Bakı -°C
23 Oktyabr 2026 16:11
77
ƏDƏBİYYAT
A- A+

“Bu gün islam dünyasında baş verənlərin bir adı var: Cəhalətin Renessansı!”

“Bu “renessansın” da arxasında “kim daha çox cahilə sahib olacaq” yarışına girmiş iki ölkə var: İran və Türkiyə. Orta əsrlərdə müsəlmanlar Qərb orientalizminin qarşısında islamın cihadist gücüylə dayana bilmişdilər. Bu gücün tükənmədiyinə bu gün də inananlar var. Halbuki islamın cihadist gücü at və qılınc dövrü üçün keçərli idi. Birinci Dünya müharibəsində meydana çıxan tanklar Osmanlını yer üzündən sildi, İranı isə islamın “yumşaq qarnı” halına gətirdi. Savaşın peykdən idarə olunduğu dövrdə heç bir müsəlman ölkəsi öz ərazisindən kənarda savaşa bilməz”.

Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib. 

“Yəni bu gün Türkiyədə əlli dənə II Mehmet, İranda yetmiş dənə Nadir şah olsa da, müsəlman coğrafiyasının kənarında heç bir milçək də ovlaya bilməzlər. O zaman bu cahil cəsarəti nəyə lazımdır?Dollar yandırmağa, koka-kola dağıtmağa, nə bilim, səfirlik filan daşlamağa və s.Qərbin post-kolonial siyasətinin istədiyi də bu deyilmi? Dollar yandırmaqdan, koka-kola dağıtmaqdan, səfirlik filan daşlamaqdan başqa bir işə yaramayan islami bir güc! Cəhalətin renessansının verdiyi cəsarət bundan artıq ola bilməz. Məsələn, biz Qarabağ məsələsində belə bir evdar cəsarətlə silahlansaydıq xristian dünyasının işğalında olan torpaqlarımızın bir qarışını da ala bilməyəcəkdik. Çoxları elə bilir ki, biz, sadəcə, ermənilərlə döyüşmüşük. Belə düşünmək üçün çox əbləh olmaq lazımdır. Biz bütün xristian dünyası ilə döyüşdük və nə yaxşı ki, bu döyüşdə Türkiyədən və İrandan ixrac olunan cəhaləti yaxına buraxmadıq.Buraxsaydıq, indi yəqin ki, hərdənbir “3-ün kruqunda” erməni bayrağı tapdalayıb evlərimizə dağılışmaqda başqa əlimizdən bir iş gəlməyəcəkdi”, - deyə o, bildirib.

Vasif ƏLİHÜSEYN