İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək
Hazırda Ermənistanın Baş naziri Nikol Paşinyan sülh müqaviləsini təcili imzalamağı tələb edən hər hansı təzyiq hiss etmir. Bununla yanaşı, o, sülh müqaviləsinin imzalanmasından da imtina etmir və bunun Ermənistan üçün zəruri olduğunu anlayır.
Adalet.az xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Kortunov Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması perspektivlərini şərh edərkən deyib.
“Paşinyanın bəyanatları heç də həmişə ardıcıl olmur. Son günlər onun Azərbaycanla sülh müqaviləsinin imzalanma müddəti ilə bağlı açıqlamaları bir-biri ilə tam uzlaşmırdı. Sülh həm Ermənistan, həm də şəxsən Paşinyan üçün həyati əhəmiyyət daşıyır. Paşinyan sülh müqaviləsinin imzalanmasını ləngidərsə, Azərbaycan Ermənistanla ticarət-iqtisadi və nəqliyyat layihələrini dayandıra bilər. Sülh prosesinin uzadılması son nəticədə Ermənistana heç bir fayda gətirməyəcək. Paşinyan sülh müqaviləsinin imzalanması məsələsində manevr imkanına malik olduğunu düşünə bilər. Lakin İrəvanla Moskva arasında münasibətlərin mürəkkəb dövr yaşadığı bir vaxtda Ermənistan hakimiyyətinin sülh müqaviləsinin imzalanmasını uzatması və Bakının da bu müqaviləyə İrəvan qədər ehtiyac duyduğunu göstərməyə çalışması ağılsızlıqdır. Ermənistan hakimiyyəti belə bir “oyun” strategiyası seçəcəyi təqdirdə çoxsaylı əsassız risklərlə və potensial strateji itkilərlə üzləşə bilər”, – o bildirib.
Digər Xəbərlər
23 Oktyabr 2026 17:25
Blokada səbəbindən İranın cənub limanlarında idxal 25 % azalıb
23 Oktyabr 2026 16:48
Moskvada uçuşlar dayandırıldı - Hava limanları boşadılır
23 Oktyabr 2026 10:26
MICHELIN Guide Türkiyənin ilk ümummilli seçimi dekabrda açıqlanacaq
23 Oktyabr 2026 10:14
KTMT-nin baş katibi: Ermənistan faktiki olaraq təşkilatdan çıxıb
23 Oktyabr 2026 10:07
“Bəlkə, bir az da irəli gedə bilərik” - Trampdan müəmmalı mesaj
23 Oktyabr 2026 10:05
“Ukrayna ilə sülh razılaşmasına hazırıq” - Putin
23 Oktyabr 2026 09:54
Hərbi ehtiyaclar üçün itləri klonlaşdıracaqlar
23 Oktyabr 2026 09:36


Bakı -°C

