“CinemaPlus”da “Doktor Strenc” filmi getdikcə populyarlaşır - VİDEO
“CinemaPlus” kinoteatrlar şəbəkəsində Marvel Kainatının 28-ci filmi olan “Doktor Strenc: Dəliliklərin Multikainatında” fantastik superqəhrəman döyüş filmi getdikcə populyarlaşır.
Kinoteatrlar şəbəkəsindən verilən məlumata görə, biletlər “kosmik” sürətlə satılır.
Bu personaj haqqında ilk solo layihə 2016-cı ildə işıq üzü görüb. Bu film dünya üzrə 165 milyon dollarlıq büdcə ilə 677 milyon dollar gəlir əldə edib. 2019-cu ildə filmin hazırlanması haqqında rəsmi olaraq elan edilib.
Filmin rejissoru orijinal “Hörümçək adam” trilogiyasının yaradıcısı Sem Reymidir. Əvvəlcə qorxu filmi kimi təqdim edilən film janrını elmi fantastika elementləri ilə hərəkət-macəraya çevirib.
Baş rolları Benedikt Kamberbetç, Elizabet Olsen, Peyçel MakAdams ifa ediblər. Filmin müddəti 140 dəqiqədir və 12 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.
Film haqqında qısa məlumat:
Doktor Strencin sehrli macəralarının yeni mistik aləmlərdə və yeni düşmənlərlə qarşıdurmada davamı. Yeni filmdə Strenc, “Hörümçək adam: Geriyə yol yoxdur” filmindəki hadisələrdən sonra kainatın azad edilməsinin nəticələrini düzəltməli olacaq.
Qeyd edək ki, “Doktor Strenc: Dəliliklərin Multikainatında” filmini “Dəniz Mall” Ticarət mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.
4DX innovativ kinoteatr texnologiyası kəskin süjetli blokbasterləri və qorxu filmlərini hərəkət, fırlanma və kreslo titrəyişlər, su damcıları və külək, ildırım və qar, sabun köpükləri və ətir kimi əlavə xüsusi effektlər ilə vizual effektlərini genişləndirir. Bunun nəticəsində 4DX - tamaşaçıları böyük ekranda baş verən hadisələrə sövq etməklə kino sənayesində ən valehedici formatlardan biri hesab olunur.
“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.
Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından, mobil tətbiqindən, IOS və Android əməliyyat sistemi olan smartfonlar vasitəsi ilə əldə edə bilərsiniz.
Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.
Digər Xəbərlər
31 Dekabr 2025 09:33
Afaq Bəşirqızı: Atam dedi ki, səni öldürüb sonra öləcəyəm - VİDEO
30 Dekabr 2025 17:22
Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunacaq
29 Dekabr 2025 14:09
"SOLMAYASAN" - VİDEO
26 Dekabr 2025 19:50
“Nadir fauna növləri” adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib - FOTOLAR
26 Dekabr 2025 12:28
2-ci APFM AWARDS mükafatlandırma mərasimi keçirilib - FOTOLAR
23 Dekabr 2025 13:46
Şüvəlanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunmuş konsert keçirilib
23 Dekabr 2025 13:36
Təqaüdçü aktyorlar niyə diqqətdən kənar qalıb?- SORĞU
20 Dekabr 2025 18:55


Bakı -°C

