ÇL: “Milan” “Dinamo”nu əliboş saldı, “Şaxtyor” “Seltik”lə xalları yarı böldü - VİDEO
UEFA Çempionlar Liqasının qrup mərhələsində II tur davam edir.
Adalet.az xəbər verir ki, günün ilk iki oyunundan biri Milanda, digəri isə Varşavada baş tutub.
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası İtaliyada “Milan”ın qonağı olub. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Mahir matçı ehtiyat oyunçular skamyasında izləyib.
Ukraynadakı məlum hadisələr səbəbindən ev oyunlarını Polşada, Varşava şəhərində keçirən “Şaxtyor” (Donetsk) klubu isə Şotlandiya “Seltik”i il üz-üzə gəlib. Bu oyunda isə qalib müəyyənləşməyib – 1:1.
Digər Xəbərlər
17 Mart 2026 09:10
Çempionlar Liqası: "Siti" "Real"la, "Çelsi" PSJ ilə oyunda möcüzə axtarışında
16 Mart 2026 13:02
"Turan Tovuz" – "Zirə" və "Qarabağ" – "Sabah" oyunları eyni gündə olacaq
15 Mart 2026 09:01
Qurban Qurbanova ÇL-dən sonra təkliflər gəlib?
14 Mart 2026 21:23


Bakı -°C

