COP29: Əcnəbi jurnalistlər üçün Şamaxıya mediatur təşkil olunub - FOTOLAR
Noyabrın 19-da Medianın İnkişafı Agentliyi və COP29 Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Şamaxı şəhərinə mediatur təşkil olunub.
Bu barədə Adalet.az-a Agentlikdən bildirilib.
Verilən məlumata görə, qonaqlar mediatura XV əsrə aid unikal ikimərtəbəli “Diri Baba” türbəsindən başlayıblar. Qeyd olunub ki, Şirvanşah hökmdarı I İbrahimin əmri ilə tikilən “Diri Baba” türbəsi dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli memarlıq abidəsidir. Tikilən türbənin bir hissəsi qaya içərisində yerləşdiyindən Qafqazın ən nadir abidələrindən hesab olunur. Tikilinin yaxınlığında yerləşən süni şəkildə yaradılmış bir neçə mağara, kahalar, orta əsrlərə aid qəbiristanlıq və abidənin ümumi təbii ətraf mühiti bütövlükdə mədəni məzmun əmələ gətirərək ümumi tarixi landşaft formalaşdırır.
Daha sonra jurnalistlər çoxəsrlik dəmirçilik ənənələri ilə zəngin olan Dəmirçilər kəndini ziyarət edərək kəndin tarixi ilə bağlı ətraflı məlumat alıb. Vurğulanıb ki, Dəmirçi Şamaxının ən qədim kəndlərindən biridir və onun tarixi XV əsrə gedib çıxır. Qədimdə adı Güneyçay olan kənddə dəmirçilik sənəti geniş yayıldığından sonralar buraya Dəmirçi adı verilib.
Xarici media nümayəndələri sonda ölkəmizin üzümçülük mədəniyyəti ilə tanış olmaq üçün Meysəri şərabçılıq kompleksinə səfər ediblər. Diqqətə çatdırılıb ki, Şamaxının Meysəri kəndinin təbii iqlim şəraiti, illik yağıntıların miqdarı, temperatur göstəriciləri, ərazinin müxtəlif yerlərindən götürülən torpaq nümunələrinin analizlərinin nəticələri burada yüksək keyfiyyətli və məhsuldar üzüm sortlarının yetişdirilməsi üçün imkanların olduğunu göstərir.
Digər Xəbərlər
28 Oktyabr 2026 17:25
Xoşqədəm Hidayətqızı Mehdiyevdən YAZDI: "Məni qəzaya salmaq istəyirdilər..."
28 Oktyabr 2026 14:46
Əhməd İsmayılov Abdulfatah Kasim Mohamud ilə görüşdü - FOTOLAR
26 Oktyabr 2026 10:01
Mətbuat Şurası jurnalistlərin IX qurultayının qərarını şərh edib
22 Oktyabr 2026 22:04
Azərbaycanda hicabla bağlı Türkiyə mediasında yayılan iddialara CAVAB
21 Oktyabr 2026 11:57
Jurnalistlərin adından saxta mesajlar göndərilir - Mətbuat Şurasından xəbərdarlıq
19 Oktyabr 2026 17:28
Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib
16 Oktyabr 2026 13:46
Mətbuat Şurasının IX qurultayı keçirilib - YENİLƏNİB
16 Oktyabr 2026 12:39


Bakı -°C

