28 Noyabr 2024 10:12
9
ANALİZ

COP29 uğurları və yeni imkanlar

BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası bir sıra məqamlarla yadda qaldı.

İlk öncə onu qeyd edək ki, Bakıda təşkil olunan tədbirə böyük maraq var idi. Dünyanın 170-dən artıq ölkəsindən Bakıya təşrif buyuran qonaqlar yaradılan şərait və müzakirə olunan mövzular, əldə olunan razılaşmalarla bağlı öz razılıqlarını dilə gitirirlər.

 Konfrasda çıxış edən Cənab Prezident İlham Əliyev inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırışlar etdi. Eyni zamanda da ölkəmiz müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəyliyini bir daha nümayiş etdirdi. Bütün bunların nəticəsi olaraq, dünya tarixi Bakı nailiyyətinə şahid oldu.

Tədbir çərçivəsində inkişaf maliyyə institutları inkişaf etməkdə olan bazarlarda və inkişaf etməkdə olan ölkələrdə bərpa olunan hidrogen layihələri üçün 10 Qiqavat “Lighthouse” Təşəbbüsünü dəstəkləməyə söz verdilər. 50-dən çox gəmiçilik sənayesi aktoru 2030-cu ilə qədər sıfır və sıfıra yaxın emissiyalı yanacaqları sürətləndirmək barədə razılığa gəliblər. Bu da ən azı 5 milyon ton yaşıl hidrogen deməkdir.
Müxtəlif növ təmiz enerji təşəbbüsləri üçün 193 milyon dollarlıq paketin bir hissəsi kimi Böyük Britaniya Sahara altı Afrika ölkələri, Cənubi Asiya və Hind-Sakit Okean regionunda kömür və odundan istifadə etməklə yemək bişirməyi geridə qoymaq üçün 10 milyon insana təmiz yemək hazırlamağı dəstəklədi.

Onu da qeyd etmk lazımdır ki, COP29 -da Zərər və İtki Fondunu işə salınmağı və fondun 2025-ci ildə maliyyə vəsaitinin paylaşdırılmağa hazır olmasına müvəffəq olundu.Nəticə olaraq COP29 BMT çərçivəsində yüksək inteqrasiya edilmiş karbon bazarlarına dair 6-cı maddə üzrə danışıqların yekunlaşması üçün on il davam edən gözləntiyə son qoydu.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı