COP29-un 4-cü günü 52 min nəfərdən çox sərnişin daşınıb
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı şatllardan istifadə göstəriciləri açıqlanıb.
Adalet.az xəbər verir ki, ki, tədbirin 4-cü günündə təşkil edilmiş 18 Nəqliyyat Mübadilə Mərkəzindən etibarlı nəqliyyat əlaqəsi təmin edilib və 52 min 367 sərnişin daşınıb.
COP29-da iştirak edən qonaqların rahat və təhlükəsiz daşınmasını təmin etmək məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gücləndirilmiş rejimdə çalışır.
Nəqliyyat əməliyyatlarını təmin etmək üçün AYNA tərəfindən “BakuBus”, “Bakı Taksi Xidməti”, “Azparking” əməkdaşları daxil olmaqla ümumilikdə 1600 nəfərdən çox heyət üzvü cəlb edilib.
Xatırladaq ki, COP29-un ilk günü 35 min, ikinci günü 45 minə yaxın, üçüncü günü 43 min sərnişin şatllarla daşınıb. Bu günədək ümumilikdə 175 mindən çox sərnişinə xidmət göstərilib.
Digər Xəbərlər
22 Yanvar 2026 17:23
"Bəzi qanunlar insanlar üçün müəyyən çətinliklər yaradır" - Deputat
22 Yanvar 2026 13:43
Azərbaycanda yalnız bu şəxslər aptek işlədə biləcək – Yeni qərar
22 Yanvar 2026 13:36
Uşaq əməyinə görə məsuliyyətin sərtləşdirilməsi nəzərdə tutulur
22 Yanvar 2026 13:03
Azərbaycanda ilk dəfə bu şəxslərlə saathesabı müqavilə bağlanacaq
22 Yanvar 2026 11:10
Cib bıçaqlarının satışı qadağan olunsun - TƏKLİF
22 Yanvar 2026 11:04
Buz bağlayan yollarda köməksiz qalanlara yardım edilib - VİDEO
22 Yanvar 2026 09:21
Leyla Əliyeva Davos səfərindən paylaşım etdi
21 Yanvar 2026 18:23


Bakı -°C

