adalet.az header logo
  • Bakı -°C
20 Noyabr 2025 12:10
82
DÜNYA
A- A+

COP31 Türkiyədə keçiriləcək

Avstraliya Baş naziri Anthony Albanese Birləşmiş Millətlər Təşkilatının İqlim Sammitinin 2026-cı ildə Türkiyədə keçiriləcəyini açıqlayıb.

Adalet.az xəbər verir ki,  Albanese sammitin Türkiyədə keçiriləcəyini, lakin hökumətlərarası danışıqlara Avstraliyanın sədrlik edəcəyini bildirib.

"Bizim əldə etdiyimiz missiya həm Avstraliya, həm də Türkiyə üçün böyük bir qələbədir", - deyə Albanese qeyd edib.

Qeyd olunur ki, sammit Antalyada keçirilə bilər.   

Bildirək ki, Avstraliya 31-ci Tərəflər Konfransına və ya COP31-ə ev sahibliyi etmək üçün Türkiyə ilə rəqabət aparırdı.