Paytaxtın köçürülməsi seçim deyil, məcburiyyətdir – Pezeşkian
Artıq reallıq budur ki, İranda paytaxtı Tehrandan köçürmək seçim deyil, məcburi atılacaq addımdır.
Adalet.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian bu gün (20 noyabr) ölkənin şimal-qərbində yerləşən Qəzvin vilayətində ziyalılar və incəsənət xadimləri ilə görüşdə deyib.
Onun sözlərinə görə, ötən bir il ərzində paytaxtın köçürülməsi hökumət rəsmiləri tərəfindən elan olunduğu zaman yetərli büdcə yox idi. Bəlkə də yetərli büdcə olsaydı, paytaxt köçürülə bilərdi. Həmin vaxtda da paytaxtın köçürülməsinin mümkün olmadığı söylənirdi.
Pezeşkian bildirib ki, artıq paytaxt Tehranda əhalinin sayını artırmaq və tikintiləri paytaxta yükləmək olmaz. Tehranı inkişaf etdirmək olar, lakin su problemini həll etmək olmaz.
“Hazırda Fars körfəzindən hər 1 kubmetr suyun Tehrana nəql olunması üçün təxminən 5 milyon rial (təxminən 8,3 dollar) vəsaitə ehtiyac var. 1 kubmetr suyu nəql etmək üçün bu qədər vəsaiti xərcləmək məntiqli deyil. Deməli ölkənin gələcəyi üçün elmi və əhatəli yeni xəritəni tənzimləmək lazımdır”, - deyə o qeyd edib.
Qeyd edək ki, İran paytaxtının Tehrandan köçürülməsi üzrə qanun 2015-ci ildə təsdiqlənib. Bu qanun indiyədək icra olunmayıb. İranın hazırkı hökumətinin paytaxtı ölkənin cənubuna köçürmək niyyətində olduğu bildirilir.
Digər Xəbərlər
20 Noyabr 2025 13:05
Buça qətliamının günahkarı kimdir?
20 Noyabr 2025 12:10
COP31 Türkiyədə keçiriləcək
20 Noyabr 2025 11:54
Trampın Ukrayna üzrə "Sülh planı" ərazi güzəştindən ibarətdir - Politoloq
20 Noyabr 2025 11:37
Tramp Senatı Rusiyaya qarşı yeni sanksiyalar tədbiq etməyə çağırır
20 Noyabr 2025 10:33
Politico: Avropa Komissiyası Britaniya ilə müdafiə sazişi imzalamayacaq
20 Noyabr 2025 09:31
Tramp Putindən narazıdır
20 Noyabr 2025 09:29
İstanbul görüşlərinin davam etdirilməsinin tərəfdarıyıq - Ərdoğan
20 Noyabr 2025 09:27


Bakı -°C

