25 May 2022 12:52
498
DÜNYA

Corc Soros: “Ukrayna III Dünya müharibəsinin başlanğıcıdır”

Məşhur amerikalı milyarder və maliyyə spekulyatoru Corc Soros Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edib. Ukraynadakı müharibəni "Üçüncü Dünya Müharibəsinin başlanğıcı" kimi xarakterizə edən Soros, "Bizim sivilizasiyamız bundan sağ çıxmaya bilər" deyib.

Davosda keçirilən Dünya İqtisadi Forumunda Rusiya prezidenti Vladimir Putin və onun çinli həmkarı Xi Jinping-ə qarşı sərt danışan Soros, həmçinin avtokratik rejimlərin yüksəlişdə olduğu və qlobal iqtisadiyyatın depressiyaya düşdüyü barədə xəbərdarlıq edib.

Soros Almaniyanın keçmiş kansleri Angela Merkeli Moskva və Pekinə yaxın olduğuna görə tənqid edib.

Ukrayna müharibəsinə işarə edən Soros "Bu, Üçüncü Dünya Müharibəsinin başlanğıcı ola bilər və sivilizasiyamız bu müharibədən sağ çıxmaya bilər" deyib.

“Ukraynanın işğalı heç nədən yaranmayıb. Dünya getdikcə daha çox diametral şəkildə bir-birinə zidd olan iki idarəetmə sistemi: açıq cəmiyyət və qapalı cəmiyyət arasında mübarizəyə girir”.

Putinin hücumun səhv olduğuna inandığını və atəşkəs görüşünə hazırlaşdığını ifadə edən Soros Putinin zəiflədikcə daha gözlənilməz olduğunu qeyd edib.

Eminquey