adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
26 Sentyabr 2021 17:03
702
SAĞLAMLIQ

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Sentyabrın 26-da Azərbaycanda 56 355 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a bildirilib ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 654, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 42 701 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 8 349 945, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 713 750, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 3 636 195 təşkil edir.