adalet.az header logo
  • Bakı -°C
20 Oktyabr 2026 07:55
77
ŞOU-BİZNES
A- A+

“Çox axmaqca bir seçim idi, səsim tamamilə dəyişdi” - Selena Qomezdən etiraf

Dünyaca məşhur amerikalı müğənni və aktrisa Selena Qomez uzun müddət nikotinli elektron siqaretlərdən istifadə etdiyini və bu zərərli vərdişin onun səsini birdəfəlik dəyişdirdiyini açıqlayıb.

Adalet.az xəbər verir ki, 34 yaşlı ulduz “Instagram” hesabında paylaşılan videoda asılılıqdan imtina etdiyini və bu prosesin son dərəcə çətin keçdiyini etiraf edib.

Pərəstişkarlarına müraciət edən ulduz səsindəki dəyişikliyə görə təəssüfünü gizlətməyib: “Artıq səsimi əvvəlki vəziyyətinə qaytara bilmərəm. Həddindən artıq nikotinli elektron siqaret istifadə etmişəm. Bu, həqiqətən, çox axmaqca bir seçim idi və səsimi tamamilə dəyişdi. Əgər bu vərdişə başlamağı düşünürsünüzsə, bilin ki, buna dəyməz. Asılılıqdan azad olduğum üçün şadam, ümid edirəm davamını gətirə bilərəm”.

Xroniki autoimmun lupus (qırmızı qurd eşənəyi) xəstəliyindən əziyyət çəkən və 2017-ci ildə rəfiqəsi Fransia Raisadan böyrək köçürülən Qomezin bu etirafı sosial mediada birnalı qarşılanmayıb. Bəzi izləyicilər səhhətindəki problemlərə və böyrək nəqlinə baxmayaraq onun nikotindən istifadə etməsini qınasalar də, çoxsaylı pərəstişkarı səmimiyyətinə görə müğənniyə dəstək olub.