adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 Mart 2024 22:41
593
DÜNYA

"Crocus City Hall"dakı terrora görə daha 3 nəfər həbs edildi - FOTOLAR

Moskvanın Basmannı məhkəməsi "Crocus City Hall"da terror aktı ilə bağlı iş üzrə beşinci və altıncı müttəhimlər - Dilovar, İsrail və Aminçon İslamovları həbs edib.

Adalet.az xəbər verir ki, məhkəmə qapalı keçirilib. 

“Dilovar İslamov, İsrael İslamov və Aminçon İslamov barəsində mayın 22-dək həbs qətimkan tədbiri seçilsin”, - məhkəmənin qərarında deyilir. 

Qeyd edək ki, Rusiya Federasiyasının İstintaq Komitəsi terror aktı işi üzrə təqsirləndirilən daha 3 nəfər - Aminçon, Dilovar və İsrail İslamovun həbsini tələb edib.