adalet.az header logo
  • Bakı -°C
22 Iyul 2026 13:15
63
SİYASƏT
A- A+

“Ordumuzu, vətənimizi ələ salan biri indi çox rahatca deyir ki...”

“Hikmət Hacıyevin Tural Sadıqlı barədə dediklərində mühüm bir detal var: vətənə xəyanət.Tural məmurları təndiq edirdi, bir çox məmur da bunu haqq edirdi, amma Tural sonra təhqirə keçid etdi. Ən axırda da Prezident ailəsini hədəfə aldı. Amma Turalın unutduğu bir şey vardı: o həqiqətən də vətəninə xəyanət etmişdi”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib. 

“Bu gün ola bilər ki, xatırlamaq istəmir, amma yada salmaqda fayda var.Ölkə müharibə ərəfəsində Tural və dostları Qarabağın separatçı dəstəsinin müstəqilliyin elan etmiş, ölkəmizi ələ salır və aşağılayırdı. O günlərdən az sonra tabutlar qapılara dayandı, şəhid ailələri ordusu meydana çıxdı. Həmin günlərdən uzun müddət sonra turallar heç bir söz tapa bilmədilər, bir müddət hətta yoxa da çıxdılar. Çünki bütün arqumentləri suya düşmüş, tapındıqları erməni maliyyəsinini dəstəklədiyi qarşı güc uduzmuşdu. Ordumuzu, vətənimizi ələ salan biri indi çox rahatca deyir ki, nə etmişəm axı....Heç nə, zatən üzünüzə deyildi”, - deyə o, bildirib.

Vasif ƏLİHÜSEYN