Bu qarpızlar zəhərlənməyə səbəb olur – Ekspert açıqladı
“Azad İstehlakçılar Birliyində olan xüsusi cihazla biz illərdir ki, qarpızların tərkibindəki nitratların miqdarını ölçürük. Qeyd edim ki, çox yaxşı haldır ki, bu, ildən-ilə azalır. Bir kiloqram qarpızda yol verilə bilən nitratların miqradı 60 milli qramdan artıq olmamalıdır. Lakin çox az adam bilirik ki, 60 milli qram olsa belə bu qarpız da insanı zəhərləyə bilər”.
Bunu Adalet.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, zəhərlənmə həddi 360 milli qramdır:
“Belə çıxır ki, adam bir gün ərzində altı kiloqram qarpız yesə, onda bu da artıq zəhərlənməyə gətirib çıxara bilər. Ümumiyyətlə, bir çox malların tərkibində zəhərli maddələrin miqdarı göstərilir, lakin hansı həddə zəhərlənmə olur, o, hamısında göstərilmir. Bu da nitrat gübrələrinin verilməsindən qaynaqlanır. Qarpızı çox böyük yetişdirmək, davamlı etmək üçün nitrat gübrələri verilir və gübrələrin qiymətinin artması səbəbindən artıq bu azalıb. Apardığımız araşdırmalara görə, qarpızların tərkibində nitratların miqdarı demək olar ki, normadadır. Lakin istehlakçılar onu da bilməlidirlər ki, ilin istənilən fəslində qarpızın tərkibində nitratların miqdarı normadan çox ola bilər. Hətta ona nitrat gübrələri verilməsə belə. Əgər ötən il yonca əkilən sahəyə bu il qaprız əkilibsə, ordan kifayət qədər nitrat çəkəcək və böyük məhsuldarlıq əmələ gələcək”.
Ekspert nitratlarla zəngin qarpızı ayırd etməyin yollarını da izah edib:
“Birinci o qarpızlar çox böyük olur. Nitratsız qarpızlar 4-5 kiloqramdan artıq olmur. İkinci, nitratlı qarpızlar nitratsızlara nisbətən çox şirin olur. Üçüncü, nitratlı qarpızlar çəhrayı rəngdə olur. Həmçinin tərkibində qalın zoğlar olur və üstəlik qabığı da qalın olur. Nitratsız qarpızları kəsəndə partlayır, rəngi al qırmızı olur. Qarpızı bir dəfəyə çox yemək olmaz və bu zəhərlənməyə səbəb ola bilər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
14 Avqust 2026 17:42
Demensiyasız həyat üçün bunu edin
13 Avqust 2026 16:09
Azərbaycanda 9 nəfərdə "qarayara" aşkarlandı - BİRGƏ MƏLUMAT
13 Avqust 2026 09:30
Samuxda kütləvi zəhərlənmə
10 Avqust 2026 11:17
Bakıda daha bir kosmetoloji mərkəz lisenziyasız fəaliyyət göstərirmiş
10 Avqust 2026 09:13
Bu 3 faktor demensiyanı 13 il gecikdirir
09 Avqust 2026 00:51
Dünyada 2,2 milyard insanın görmə problemi var
08 Avqust 2026 15:58
Bu içkilər gələcəkdə yüksək təzyiqə səbəb ola bilər
07 Avqust 2026 09:31


Bakı -°C

