“Putin bunu bildiyindən Paşinyanı daha çətin vəziyyətə sürükləmək istəyir”
“Ermənistanın baş naziri Nikol Paşiyan ABŞ və Avropa İttifaqı ilə tərəfdaşlığı gücləndirməklə yanaşı, Rusiya ilə münasibətləri normal səviyyədə saxlamağa çalışır. Ancaq bu alınmır. Çünki, Kreml Ermənistanın keçmiş illərdə olduğu kimi Rusiyaya bağlı qalmasını, Qərbdən uzaq durmasını istəyir. Bu da alınmır. Bu mümkün olsaydı, erməni cəmiyyəti üçüncü dəfə Nikol Paşinyana və onun partiyasına səs verməzdi”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, bildirib ki, buna baxmayaraq, Nikol Paşinyan Rusiya rəsmiləriylə dialoqdan qopmamağa çalışır, sadəcə onun Kreml sahibi Vladimir Putinlə tez-tez telefonla danışmasının nəticəsi yoxdur:
“Putin tələbində israrlıdır: “Ermənistanda Avropa İttifaqı və ya Avrasiya İqtisadi Birliyi mövzusunda referendum keçirilməlidir”. Paşinyan belə bir referendumun keçirilməsinin erkən olduğu düşüncəsindədir. Çünki, ermənilər Avropa İttifaqını seçsələr belə, Brüssel Ermənistanı yaxın onillikdə təşkilata üzv qəbul etməyəcək. Putin bunu bildiyindən Paşinyanı daha çətin vəziyyətə sürükləmək istəyir. Ermənistan məhsullarının Rusiya bazarlarına daxil olmasına qoyulan qadağa bununla əlaqəlidir. Brüssel Ermənistan məhsullarının Avropa İttifaqı bazarına girişini sadələşdirməsə, Paşinyanın durumu mürəkkəbləşəcək. Məhsullarını sata bilməyən ermənilərin etirazı artacaq və bu Kremlin işinə yarayacaq”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
23 Noyabr 2026 10:11
Prezidentdən Asif Əsgərovla bağlı SƏRƏNCAM
23 Noyabr 2026 10:00
“Putin Trampı dostu kimi qəbul etmir”
23 Noyabr 2026 09:58
Millət vəkili vətəndaşlarla görüş keçirib - FOTOLAR
23 Noyabr 2026 09:44
“Konstitusiyalarda adətən Təhlükəsizlik Şurasının bir qurum kimi yaradılması...”
23 Noyabr 2026 09:30
Okean və dənizlərə açılan Cənub-Şərqi Asiya regionuna doğru:xarici siyasətimizin yeni üfüqləri
23 Noyabr 2026 09:21
““Bədr müqaviləsi”ni imzalayan dövlətlərin əməkdaşlıqdan fərdi maraqları var”
23 Noyabr 2026 09:10
“Ukraynanı Rusiyanin caynaqlarına atan ölkələr, hazır olun...”
22 Noyabr 2026 22:35


Bakı -°C

