28 Aprel 2025 18:23
128
DÜNYA

Dağıstanda turistlərin qayığı qayalıqlara çırpıldı - Ölən və yaralananlar var

Dağıstanda turistlərin olduğu qayıq qayalara çırpılıb.

Adalet.az xəbər verir ki, hadisə Sulak Kanyonunda baş verib. Qayalıqlara çırpılan qayıq çevrilib, nəticədə sərnişinlər suya düşüb. Turistlərdən birinin həyatını xilas etmək mümkün olmayıb, 3 nəfər isə yaralanıb.

Qayıqda ümumilikdə səkkiz turist olub.