Daha 98 nəqliyyat vasitəsi hərraca çıxarılacaq
Avqustun 26-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək.
Adalet.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 209 min 730 manat olan 98 nəqliyyat vasitəsi, nəqliyyat vasitəsi çıxarılacaq.
Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.
Digər Xəbərlər
09 Yanvar 2026 16:14
Ermənistana neft məhsullarının növbəti partiyası Bakıdan yola salındı
09 Yanvar 2026 12:15
Azərbaycanın neft hasilatının azalması təsadüfdür, yoxsa zərurət və bu proses hara gedir?
09 Yanvar 2026 10:49
"Azərbaycan regionda yaşıl enerji istehsalına ən çox sərmayə cəlb edən ölkədir"
09 Yanvar 2026 10:38


Bakı -°C

