Daha bir ölkə “Avroviziya” ilə yollarını ayırdı
Çexiya gələn ilin mayında Bolqarıstanın Burqas şəhərində keçiriləcək "Avroviziya-2027" beynəlxalq mahnı müsabiqəsində iştirak etməyəcək.
Adalet.az xəbər verir ki, bu barədə Çexiyanın ictimai yayımçısı "Çeska televize" (CT) məlumat yayıb.
Bildirilib ki, iştirakdan imtinanın səbəbi maliyyə ilə bağlı problemlərdir. Daha əvvəl yayımçı 2027-ci ildə büdcə xərclərini əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırdığını açıqlamışdı.
Qeyd edək ki, sentyabr ayında İrlandiyanın RTE tele-radio şirkəti İsrailin Qəzza sektorundakı fəaliyyətlərinə etiraz olaraq ölkənin 2027-ci ildə "Avroviziya" mahnı müsabiqəsində iştirak etməyəcəyini və müsabiqəni yayımlamayacağını elan edib.
Avqust ayında Niderlandın "AVROTROS" tele-radio şirkəti də analoji açıqlama ilə çıxış edib.
Digər Xəbərlər
03 Noyabr 2026 22:04
Dövlətə xəyanətdə ittiham olunan mətbuat katibi məsuliyyətə cəlb ediləcək
03 Noyabr 2026 20:00
Zelenski Rusiya ilə telefon danışığı məsələsinə belə cavab verdi
03 Noyabr 2026 18:42
Trampdan İsraillə bağlı ŞOK QƏRAR
03 Noyabr 2026 18:10


Bakı -°C

