adalet.az header logo
  • Bakı -°C
03 Noyabr 2026 22:04
77
DÜNYA
A- A+

Dövlətə xəyanətdə ittiham olunan mətbuat katibi məsuliyyətə cəlb ediləcək

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Baş Prokurorluqla birlikdə Ukrayna Prezidentinin keçmiş mətbuat katibi Yuliya Mendelə qiyabi şübhə bildirişi göndərib.

Adalet.az xəbər verir ki, o, hərbi vəziyyət çərçivəsində dövlətə xəyanətdə, eləcə də Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünü haqlı çıxarmaqda ittiham olunur.

Ukrayna hüquq-mühafizə orqanlarının məlumatına görə, məhkəmə ekspertizaları və araşdırmaları Mendelin ictimai açıqlamalarında və sosial media paylaşımlarında Ukraynanı beynəlxalq səviyyədə nüfuzdan saldığını və Rusiya hakimiyyətini və Ukraynaya qarşı tammiqyaslı müharibəni haqlı çıxardığını müəyyən edib.
Mendel hazırda ölkə xaricindədir. Onun məsuliyyətə cəlb edilməsi üçün səylər hazırda davam edir.