Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb
39 yaşlı futbolçu Dani Alveşin ittiham olunduğu zorlama hadisəsində yeni təfərrüat üzə çıxıb.
Məlumata görə, hadisədən az sonra zərərçəkmiş gözləri yaşlı tualetdən qaçaraq çıxıb. Bu, klub əməkdaşlarının diqqətini çəkib və onlar qadını sorğu-sual edərək polisə zəng ediblər.
Polis işçisi xanımın ilk ifadəsini kameraya yazıb. Onlar zərərçəkmişin sonradan verdiyi ifadələrlə üst-üstə düşür. Eyni zamanda zorlamada ittiham olunan futbolçu mütəmadi olaraq ifadəsini dəyişib.
Bundan əlavə, həkim-ekspert zərərçəkmişin bədənində zorakılıq izləri və toxum mayesinin qalıqlarını aşkar edib. Hadisənin baş verdiyi tualetdə isə qadının və başqa bir şəxsin izləri tapılıb. Hərçənd, indiyədək onlar Alveşin izləri ilə müqayisə olunmayıb, DNT müayinəsi aparılmayıb. Lakin toplanmış sübutlar artıq istintaqa çox inandırıcı görünür.
Məhkəmə oyunçunu zorlamada təqsirli bilsə, onu 4 ildən 12 ilə qədər həbs gözləyir. Hazırda Alveş həbsdədir, onun zaminə buraxılması barədə vəsatət rədd edilib.
Digər Xəbərlər
21 Oktyabr 2026 09:20
Çempionlar Liqası: "Bavariya" "Arsenal"a, "Qalatasaray" "Lill"ə qarşı
21 Oktyabr 2026 07:05
PSJ-dən əzmkar qələbə, “Fənərbaxça”dan isə yenə fiasko - ÇL-də gecənin nəticələri
20 Oktyabr 2026 22:36
"Sabah" evdə Dortmund "Borussiya"sına uduzdu
20 Oktyabr 2026 18:37


Bakı -°C

